Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (26-05-2017, 11:09)
Səlim Müslimovun işçisindən şikayət var

Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyevin qanunsuz əməlləri bitib tükənmək bilmir. RegionXeberleri.com-a daxil olan bu dəfəki şikayətdə C.Vəliyevin qanunsuz əməlini təsdiq edən konkret subut da təqdim olunub.Həmin şikayət məktubunu və sənədi oxuculara təqdim edirik.

"Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon Şöbəsinin müdiri Canpolad Vəliyev vəzifə səlahiyətlərindən sui-istifadə edərək mənə məxsus evə bitişik ərazidə qanunsuz tikili aparması sənədlə təsdiq edilsədə Zərdab Rayon İcra Hakimiyyəti başçısı heç bir tədbir görmür.Çünki korrupsioner Canpolad Vəliyev icra başçısı Lütvəli Babayevlə qohumdur.Həmçinin idarədən talan etdiyi pulun çox hissəsini tamahkar icra başçısna ötürdüyü üçün ona rayonda gözün üstə qaşın var deyən yoxdur.Canpolad Vəliyevin qanunsuz tikinti işi aparmasını Zərdab rayonunun baş memarı Sahid Əhmədovun imzası ilə mənə göndərilən 15 yanvar 2016-cı il tarixli cavab məktubunda qeyd etmişdir.Həmin cavab məktubunda qeyd edilir ki, "Araşdırma zamanı C.Vəliyev tərəfindən yaşadığı mənzilə bitişik metal dirəklər üzərində əlavə yerləşgə ( otaq və ya balkon) inşa olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən torpaq sahəsi üzərində mülkiyət, icazə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq lisenziya olan müəssisə tərəfindən təsdiq olunmuş tikinti lahiyəsi olamadan aparılan tikinti işləri qanunsuz sayılır.
Odur ki, Canpolad Vəliyevin yaşadığı mənzildə bitişik olaraq inşa etdiyi tikintiyə aid olan torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd və müvafiq lisenziyası olan müəssisə tərəfindən tsdiq olunmuş tikinti lahiyəsi olmadığı üçün inşa etdiyi tikili qanunsuz hesab olunur."

Bu konkret subutdur ki, dövlət qulluqçusu olan DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək belə bir qanunsuzuzluğa əl qoymuşdur. Zərdab rayon icra başçıs Lütfəli Babayev tədbir görmək əvəzinə mənə belə bir obyektiv cavab verildiyindən xəbər tutan kimi baş memar Sahid Əhmədovu cəzalandırmış onu otağına çağırıb təhqqir edib qovmuşdur. Zərdabda dövlət qanunlarını məmurlar qəsdən pozurlar.Onlar adi vətəndaşlara nümunə olmaq əvəzinə qanunsuz fəaliyyətlə məşğul olurlar.Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə müraciət edirəm.Cənab Prezident xahiş edirəm Zərdab rayonunu öz yarıtmaz fəaliyyəti ilə iflic edən icra başçısı Lütvəli Babayev və DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyevin barəsində ciddi tədbirlər görəsiniz."
Zərdab rayon sakini Mirzəyev Rövşən Cəfər oğlu

RegionXeberleri.com

Zərdablı məmurla bağlı bu faktlar açıqlandı 
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024