Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (22-05-2017, 13:00)
Məmur oğlunun hərəkəti sakinlərin qəzəbinə səbəb olub – FOTO

Məmur oğlunun hərəkəti sakinlərin qəzəbinə səbəb olub – FOTO

 

Nəsimi rayonu, İzzət Həmidov küçəsindəki 3 saylı binanın sakinləri məmur oğlundan şikayətçidirlər. Belə ki, binanın 6-cı mərtəbəsindəki 52 saylı mənzildə yaşayan Nicat Abdullayev eyvandan həyətə şüşə butulkalar, qablar atır. Nəticədə həm bina sakinləri, həm də onların avtomobilləri üçün ciddi təhlükə yaranıb. Onun atdığı qablar dəfələrlə avtomobilləri zədələyib, oradan keçən insanlar möcüzə nəticəsində xəsarət almayıb.

Mediatv.az xəbər verir ki, musavat.com-un yazdığına görə, sonuncu dəfə iki gün əvvəl Nicat Abdullayevin atdığı butulkalar avtomobillərin üstünə düşüb, əraziyə polis çağırılıb. Nicat Abdullayevə xəbərdarlıq edilməsinə baxmayaraq, polis əməkdaşlarının gedişindən cəmi bir neçə saat sonra yenə butulkalar atmağa başlayıb. Bina sakinləri çıxış yolunu avtomobillərini Nicatın yaşadığı mənzilin pəncərə və eyvanının altında saxlamamaqda, özləri isə oradan keçməməkdə görürlər.

Sayt yazır ki, N.Abdullayev eyni əmələ görə bir dəfə cəza alıb. Məmur-biznesmenin oğlu qonşularla davaya görə bir ay əvvəl də həbsdə olub.

Qeyd edək ki, Xarici İşlər Nazirliyinin Turizm şöbəsinin rəisi Nurpaşa Abdullayevin oğlu, Azərbaycan Dillər Universitetinin tələbəsi Nicat Abdullayev bir müddət əvvəl avtoxuliqanlığa görə saxlanılması ilə gündəmə gəlmişdi.

 

Məmur oğlunun hərəkəti sakinlərin qəzəbinə səbəb olub – FOTO
Məmur oğlunun hərəkəti sakinlərin qəzəbinə səbəb olub – FOTO
Məmur oğlunun hərəkəti sakinlərin qəzəbinə səbəb olub – FOTO
Məmur oğlunun hərəkəti sakinlərin qəzəbinə səbəb olub – FOTO

шаблоны для dle 11.2

Xəbər lenti
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024
17 03 2024