Ana səhifə Siyasət Sosial Hadisə İqtisadiyyat Dünya Gündəm Mədəniyyət Maqazin İdman Müsahibə Cəmiyyət Sağlamlıq

Karusel, Slayd (11-05-2017, 14:32)
Cavanşir Tağıyevi ləvğ edilmiş MTN-lə hansı bağlılığı olub?

 Bakıda getdikcə daha aşkar hiss olunan problemlərdən biri də qəbiristanlıq problemi barədə söz açmaq istərdik.  Məlumdur ki, insan sıxlığı yüksəldikcə insanların ölüm sayı da artır. Bu baxımdan cənazənin dəfninə dair müəyyən olunmuş islam qaydaları son illər iri şəhərlərdə cəmləşməyə meyilli olan əhalinin qəbir yerlərinə tələbatını da xeyli yüksəldib. Bu tələbat isə öz növbəsində qəbiristanlıq spekulyasiyalarına şərait yaradıb. Daha dəqiq desək, bu gün qəbiristanlıqlarda spekulyasiya obyektinə çevrilən, məzar üçün nəzərdə tutulmuş, təxminən 2,5 kvm-lik torpaq sahəsidir. Ümumiyyətlə, etiraf etmək lazımdır ki, Bakıda son illərdə oturuşmuş bir “qəbir yeri bazarı” formalaşıb. Müxəlif mənbələrin iddialarına görə isə bu bazarda istər qiymətlərin müəyyənləşdirilməsi, istərsə də bazarın idarə olunması Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri Cavanşir Tağıyev tərəfindən həyata keçirilir. Mediatv.az-ın mətbuat üzərindən apardığımız araşdırmalar göstərir ki paytaxtın və ətraf qəsəbələrin qəbirstanlıq ərazilərində torpaq “satışı” ilə məşğul olan şəxslər, konkret qiymətlərin təklif olunmasında məhz Cavanşir Tağıyevə istinad edirlər. Bakının müxtəlif yerlərindəki qəbiristanlıqlarda isə müxtəlif qiymətlər mövcuddur. Məsələn, Bakıda 200 manatdan 8000 manata qədər qəbir yeri satılır. Bir qədər paytaxtdan kənarda yerləşən Biləcəri qəbiristanlığında 1 kvadratmetrin qiyməti 400-500 manat arasında dəyişir. Ən yaxşı qəbir yerinin 1 kvadratmetri 800-1000 manatdan ucuz deyil. Badamdar qəbiristanlığında 800-2000 manat, Günəşli qəbiristanlığında bu məbləğ 600-1500 manat, Qaraçuxur qəbiristanlığında 200-1000 manat, “Qurd qapısı” qəbiristanlığında 2000-3000 manat civarında və daha yuxarıdır. Bu arada isə Cavanşir Tağıyev mətbuata verdiyi açıqlamalarda israr edir ki, guya qəbir yerləri vətəndaşlara pulsuz verilir. Digər tərəfdən də Əhaliyə Vətəndaşlıq Xidməti Tresti hər il mərasim xidmətlərinin, eləcə də mərmərin, daşın-qumun-sementin qiymətini qaldırır, ölü sahiblərini çətin durumda qoyur.
Milyonlar kimin cibinə axır?
Ölülər üzərində əməlli başlı biznes quran və dövət qulluqçusu adı ilə pərdələnən şəbəkənin qazandığı qara pullara diqqət yetirək. Statistikaya görə, hər il Azərbaycanda orta hesabla 50 min adam vəfat edir. Bu, həm də 50 min ailə büdcəsinin «dəfn xərci»ndən silkələnməsi deməkdir. Təbii ki, xərclər hər ailəyə və onun çevrəsinə görə dəyişir. Beləcə, bir dəfn və onunla bağlı mərasim 2-3 mindən 50-60 min manatadək vəsait aparır. Dövlət Sosial Müdafiə Fondu mərhum təqaüdçülər və işləyənlər üçün birdəfəlik müavinət müəyyənləşdirib. Təqaüdçünün ailəsinə 300, işləyən şəxsin doğmalarına 120 manat müavinət ödənir. Düzdür, bunun bir «əmması» da var: ölü yiyəsi həmin məbləği almaqdan ötrü mərhumun ölüm kağızı ilə yanaşı, dəfnin təşkilini təsdiqləyən arayış da təqdim etməlidir.Lakin bununla belə, bu qəbiristanlıqda da ən aşağı qiymət belə Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən müəyyən edilmiş dövlət rüsumlarından bir neçə dəfə bahadır. Trest tərəfindən idarə olunan 32 qəbristanlıqda uzunluğu 2,4 metr, eni 1,4 metr və dərinliyi 1,4 metr ölçülü qəbirin yeri üçün 49 manat, qəbirin qazılması, mişar daşları ilə tikilməsi və dəfn olunma proseduru üçünsə, materialların qiyməti istisna olmaqla, 63 manat müəyyən edilib. Əgər ölü tabutla dəfn olunursa, qiymət 79 manata qalxır.Göründyü kimi Cavanşir Tağıyevin rəhbərlik etdiyi idarənin işçiləri dövlət torpağı olan qəbiristanlıqlarda möhtəkirlik edərək böyük gəlirlər gətirən qeyri-rəsmi bir biznes qurublar. Hər il Bakıda qeydiyyatda olan 12 minə qədər insan dünyasını dəyişir və şəhərdə məskunlaşmış məcburi köçkünlər də nəzərə alınarsa, bu rəqəm 15 mini keçir. Möhtəkirlərin hər qəbirdən əldə etdiyi qanunsuz gəlirin orta hesabla 300 manatı keçdiyi nəzərə alınarsa, bu günah dövriyyəsinin gəliri ildə ən azı 4-5 milyon manata bərabər olur. Xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində qurmuş həmin kontingent həm də dini baxımdan böyük günah işlətmiş olur. Hər halda, onlar bu əməlləri ilə torpaqdan yaranmış bəndənin torpağa qayıtmasına şeytani maneçilik törədirlər. Əslində, qəbir yerlərinə dövlət qiymətinin müəyyən edilməsi də bir növ məntiqə sığmır və insanın ölmək kimi təbii haqqını bir növ qohumları üçün çətin bir prosesə çevirir. Yəni ölü yiyələri bilmirlər ki, acılarını paylaşsınlar, yoxsa dəfn üçün pul axtarsınlar. Kimsəsizlərin dəfni isə günlərlə uzanan çətin bir prosesə çevrilir. Bu baxımdan Qafqaz Müsəlmanları İdarəsi fətvasında qəbir yerlərinin satılmasını, bu yerlərə qiymət kəsilməsini dinsizlik sayır: “Biz fətva vermişik ki, qəbir yerlərini satmaq olmaz. Hər adamın eni 1 metr, uzunu 2 metr olan yerdə dəfn olunmaq hüququ var. Bunu dəfələrlə demişik, Qazilər Şurası fətva da verib, qulaq asan yoxdur, dinsizlikdir. Həmin adamlar din barədə yox, yalnız pul barədə düşünürlər”.Amma çox təəsüflər olsun ki belə pullar hesabına trestin müdiri Cavanşir Tağıyev müqəddəs torpaq sayılan Məkkədə Həcc ziyarətində də olub.Mediatv.az-a daxil olmuz məlumatlarda Cavanşir Tağıyevin adı ləvğ olunmuş MTN-nin müəyyən məsələlərində hallanır.Bu barədə dəqiqləşmələr aparırıq.Dəqiqləşmədən sonra qarşı tərəfin mövqeyini öyrənməklə dərc edəcəyik.
 

 



Reklam
Xəbər lenti
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı