Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (24-04-2017, 10:56)
Bərdənin icra başçısı indi də gözəllik salonlarını “yoxlayır” - Detallar

Bərdənin icra başçısı indi də gözəllik salonlarını “yoxlayır” - Detallar

Bərdə rayon icra başçısı indi də gözəllik salonlarının xirtdəyindən yapışıb

Ulus.Az-a rayondan verilən xəbərə görə, stomatoloji kabinetləri yoxlatdırıb xərac yığdıran Vidadi İsayevin növbəti hədəfi salonlardır. 

Stomatoloji kabinetləri qeyri-qanuni fəaliyyətdə ittiham edən və qapısını bağlayan icra başçısı çox keçmədi ki, onların işi davam etdirməsinə şərait yaratdı. 

Hazırda stomatoloqlar yenə də eyni qaydada işləyirlər. Beləydisə, onların qapısını bağlayıb qanunsuzluqda suçlamaq nəydi, pul alıb açmaq nə?! Çünki hər birindən 3-5 min manat almaq lazım idi.

İndi də gözəllik salonları, bu azmış kimi çöpçülərin qapıları da “vergi” ödəmək tələbi ilə üzləşib. V.İsayevin qanunsuz tələbləri, pulsoyma kampaniyaları Bərdədə cidid gərginlik yaradıb. 

İş adamları, orta və kiçik sahibkarlar, obyekt sahibləri hər dəfə müxtəlif özbaşına tələblərdən cana doyub. Gözəllik salonlarının sahibləri isə “ilişməmək” üçün rüşvət vermək məcburiyyətində qalıb. 

Ulus.Az-a rayondan verilən xəbərə görə, V.İsayevin Bərdənin icra hakimi vəzifəsindən gedəcəyi gözlənilir. Buna səbəb Prezident Administrasiyasına ünvanlanan çoxsaylı şikayətlər və mətbuatda ictimailəşən probemlərdir. 

Ölkə rəhbərliyinin yaxın vaxtlarda bəzi icra hakimlərinin yerini dəyişəcəyi, V.İsayevin başqa rayona rəhbər təyin olunacağı iddia edilir.

Çünki təkcə bərdəlilər deyil, şəhid ailələri, məcburi köçkünlər də onun fəaliyyətindən şikayətçidir. Bir müddət qabaq şəhid ailəsi Yasəmən İsmayılova onun qəbuluna düşə bilməməsindən gileylənmişdi. 

Daha bir sakin Bəxtiyar Qurbanovun dediklərini yada salaq: “Bərdənin icra başçsı Vidadi İsayevi qəbul günləri icrada görmədim

Bəlkə də otaqda olur, işçilərinə deyir ki, kim soruşsa de Bakıda ya xaricdədir. Mən 8 aydı bu insanı Bərdədə görə bilmirəm. 7 ildi Bərdənin icra başçısıdır.

Gundemxeber.az yazıb ki, dövlət rəhbərliyi dəstəyini əsirgəmədi. Büdcədən pullar ayrıldı ki, icra başçısı qarşıya qoyulan məqsədləri çətinlik çəkmədən yerinə yetirsin, əhalinin sosial həyatında dəyişiklik etsin.

Lakin V.İsayev büdcə pullarını öz yaxın çevrəsi ilə yağmaladı, camaatın dərdinə şərik olmadı, problemlər günbəgün aşıb-daşdı, qədim Bərdə şəhəri icra hakimiyyətinin yarıtmaz fəaliyyəti nəticəsində orta əsrlər dönəminə qaytarıldı.

Beləcə prezidentin gözündən düşən Bərdə rəhbərliyi etibarı itirdi. Eyni zamanda iqtisadi böhran dövründə dotasiyanın kəsilməsi ilə nəticələndi. 

Halbuki, qonşu Tərtər rayonuna başçı təyin olunan Müstəqim Məmmədov Vidadi İsayevdən fərqləndi. Cəbhə bölgəsinin sakinləri ilə fasiləsiz görüşlər keçirdi, əhalinin yanında oldu, problemlərini dinlədi.

Ulus.Az xatırladır ki, Bərdənin hakimi qarşısında rayonu çapıb-talamaq, darmadağın etmək, əhalini narazı salmaq kimi hədəflər qoyduğu üzə çıxır.

Vidadi İsayev milyonlarla manat dövlət pulunu şəxsi məqsədlərinə sərf edib. Məsələn, onun dəftərxana ləvazimatlarının satın alınması adı altında büdcədən ayrılmış 8190 manatı hara xərclədiyini özündən başqa kimsə bilmir.

Bərk inventarların satın alınması üçün ayrılmış 11250 manatın da aqibəti məlum deyil. Həmçinin ehtiyat hissələrinin satın alınması məqsədi ilə ayrılmış 3150 manat və sair xərclər maddəsi uzrə malların (işlərin və xidmətlərin) satın alınmasıı üçün ayrılmış 2160 manat da icra başçısının zavalına gəlib.

Maraqlıdır ki, bu pul silmə əməliyyatlarının böyük qismi «Təchizat BCS» MMC şirkətinin əliylə həyata keçirilib.

Bərdənin icra başçısı Vidadi İsayevin rayonda gestapo rejimi yaratmaqla yanaşı, həm də yaxın qohum-əqrabasına geniş yaratmaqla məşğuldur.
İcra başçısı Heydər Əliyev parkında oğlu üçün dəyəri 100 min manat olan «Ana və Uşaq» kafesi inşa etdirir.

Bu kafenin tikilib başa gəlməsi üçün bütün məmurları sıxışdıran Vidadi İsayev qarşı çıxanları sərt şəkildə cəzalandıracaını deyib. Amma İsayev təkcə oğlunu deyil, kürəkənini də yaddan çıxarmayıb.

Belə ki, o, bir müddət əvvəl tikilərək istifadəyə verilmiş Qaçqın Şəhərciyində kürəkəni üçün ümumi sahəsi 100 kv.metr olan dükan tikdirir.

Halbuki qanunla Qaçqın Şəhərciyində belə obyektlərin inşa edilməsi nəzərdə tutulmayıb və qismən qadağan hesab edilir.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024