Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (19-04-2017, 09:32)
Qüdrət Şükürovun qudası kimdir?

Qızının təmtəraqlı toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift idarəsinin rəisi Qüdrət Şükürovla bağlı yeni məlumatlar üzə çıxıb.


musavat.com-a xəbər verir ki, o, qızını "Dəmirbank" ASC-nin idarə heyətinin sabiq sədri Roman Əmircanovun oğluna ərə verib. Roman Əmircanovun digər oğlu isə MTN-nin sabiq idarə rəisi, hazırda məhkəmə qarşısında cavab verən Akif Çovdarovun kürəkənidir.

Roman Əmircanov Borçalının qədim nəsillərindən olan Əmircanlı soyundandır. Atası Əmircanov Dünyamalı Məhəmməd oğlu Gürcüstan SSR-də müxtəlif vəzifələrdə çalışıb. Anası Roza Məmid qızı Əmircanova (Musayeva) Borçalının qədim nəsillərində biri olan Gülməmmədli nəslinin nümayəndəsidir.

Roman Əmircanov 16 oktyabr 2009-cu il tarixdən etibarən "Dəmirbank"ın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib və 2016-cı ilə qədər bu vəzifədə işləyib. Onun oğlu və Akif Çovdarovun kürəkəni Rəşad Əmircanov da MTN-də işləyib. Nazirlikdəki cinayət şəbəkəsi ifşa edildikdən sonra onu işdən uzaqlaşdırıblar.

Qeyd edək ki, Qüdrət Şükürovun qızı Aysel və Roman Əmircanovun oğlu Oktayın toyunun 400 min dollara ərsəyə gəldiyi iddia edilir. Məlumata görə, Qüdrət Şükürov kürəkəni Oktay Əmircanova "Porche" markalı avtomobil də hədiyyə edib.



Qüdrət Şükürovun qudası kimdir? - BakuNews.az ŞOK EDİCİ FOTO əldə etdi



BakuNews.az-ın apardığı araşdırma nəticəsində Oktay və Ayselin toy dəvətnaməsinin fotosu əldə edib. Bakı Lift idarəsinin rəisi Qüdrət Şükürovun qudasının kimliyi dəvətnamədə açıq aşkar qeyd edilib. Bütün medianın da bildirdiyi kimi Roman Əmircanovun oğlunun toyu qeyd edilsədə, həmin dəvətnamədə şok adla rastlaşmaq mümkündür. Bəyin atasının adı Polad Əhmədov yazılıb. Əgər deyilənlər düzdürsə o zaman niyə dəvətnamədə Roman Əmircanov yox Polad Əhmədov qeyd edilib. Azərbaycan adət-ənənəsinə görə, bəyin və ya gəlinin atası toya dəvət edən şəxs qismində göstərilir. O zaman bəyin atası niyə Polad Əhmədov qeyd edilib. Əslində Polad Əhmədov kimdir və onun adı dəvətnamədə olduğu halda mediaya məlumat Roman Əmircanov deyə bildirilib. Roman Əmircanovun oğlu Oktay ilə Qüdrət şükürovun qızı Aysel ailə həyatı qurubsa..? o zaman burda ya Roman və ya Qüdrət deyə dəvətçi qeyd edilməli idi. Amma Dəvətnamədə oğlan atası kimi Polad Əhmədov göstərilməkdədir. 

Qüdrət Şükürovun qudası kimdir? - BakuNews.az ŞOK EDİCİ FOTO əldə etdi


Apardığımız araşdırmadan isə Polad Əhmədovun kimliyinə hələlik nail ola bilmədik. Amma araşdırmamız davam edir. Media yanılıb yoxsa həqiqətlər qəsdən təhrif edilib??? bu suala cavab tapmağa çalışacağıq. 

Məsələ ilə bağlı qarşı tərəfində mövqeyini dinləməyə hazırıq. Məsələnin əsli ola bilsin çox insanlara maraqlıdır.

 

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024