Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (27-03-2017, 11:55)
Rektor Fuad Hacıyevin ADBTİA-da özünəməxsus kadr siyasəti-ÖZƏL

Rektor Fuad Hacıyevin ADBTİA-da özünəməxsus  kadr siyasəti-ÖZƏL

 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında baş verən qanunsuzluqlar, rəhbərlik tərəfindən müəllim və tələbələrə qarşı yol verilən haqsızlıqlar və narazılıqlar artmasına baxmayaraq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev "burda mənəm, Bagdadda  kor  xəlifə" prinsipini  üstün  tutub. Beləki Mediatv.az-a daxil olmuş məlumata görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevin  nə idmana nə də elmə aidiyyatı olmadından çoxlu qanun pozuntusuna yol verir. Verilən məlumata görə rektor ixtisasca şərabçıdır. Bildirilir ki, daha əvvəl Gənclər və İdman Nazirliyinin aparat rəhbəri vəzifəsində işləmiş Fuad müəllim Akademiyaya rəhbər gələndən bəri bu ali təhsil müəssisəsindən narazılıqların sayı artıb. Ələlxüsus da təzə rektorun kadr siyasəti yarıtmaz hesab olunur. Məsələ burasındadır ki, Fuad Hacıyevin yeni təyin etdiyi kadrlar da özü kimi idmana dəxli olmayan şəxslərdir. Mediatv.az-ın informatorları misal kimi Tibb Universitetinin məzunu olan tədris işləri üzrə prorektor Təhminə  xanım Tağızadəni, beynalxalq əlaqələr üzrə müşavir Şəms Mustafayeva adlı xanımı göstərirlər. Bundan başqa, vaxtilə Füzuli Ələkbərovun Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində işlədiyi dönəmdə həmin nazirliyin aparat rəhbəri olmuş və sonradan müəmmalı şəkildə oradan uzaqlaşdırılmış Rizvan Əliyev də Fuad Hacıyevin ADBTİA-ya özü ilə birgə gətirdiyi və idmana, elmə aidiyyatı olmadığı halda prorektor vəzifəsini etibar etdiyi kadrlardandır. F. Hacıyev təkcə özünə sadiq adamları prorektor vəzifələrinə yerləşdirməklə kifayətlənməyib, dekanatlıqlarda da "məqsədəuyğun" yerdəyişmələr həyata keçirib. Mediatv.az-a daxil olan məlumata görə, bütün bunlar və sadalamadığımız digər dəyişikliklərdə F. Hacıyevin kollektiv üzvlərinin qarşısına qoyduğu xüsusi meyarlar, tələblər əsas götürülüb, başqa sözlə, müəllimlər "Hacıyev attestasiyasından" keçiriliblər. O da bildirilir ki, ADBTİA-da imtahanlar kompüter vasitəsilə həyata keçirilsə də, rəhbərlik özünün müəyyənləşdirdiyi əlavə şərtlərə əməl edən istənilən qabiliyyətsiz tələbə üçün "müvəffəqiyyət" tanıya bilir. Daha ətraflı açıqlamalar irəliləyən günlərdə saytımızda təqdim olunacaq. Qarşı tərəfin də mövqeyini bildirmək haqqını tanıyırıq.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024