Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (10-04-2017, 15:47)
“Mətanət-A” şirkəti haqda şok – FAKTLAR

“Mətanət-A” şirkəti haqda şok – FAKTLAR

Prezidentə yalan söyləyən və dövlətdən milyonlarla manat vergi gizlədən Elxan Bəşirovu kim müdafiə edir?
 “Mətanət-A” şirkətinin prezidenti Elxan Bəşirovun batmış bir milyon manatı haqda redaksiyamıza məktub daxil olub. Mediatv.az Gunxeber.com-a istinadən xəbər verir ki daxil olan məlumatı təqdim edilir:
 “Mətanət-A” şirkətinin prezidenti Elxan Bəşirov sabiq Milli Təhlükəsizlik Naziri Eldar Mahmudova keçən ilin yay aylarında bir milyon manat verərək Lerik rayonuna icra başçısı getmək istəyirdi. Keçən ilin sonuna bu məsələ öz həllini tapmalıydı. Lakin, 2015-ci ilin 17 oktyabrın-da Milli Təlükəsizlik Naziri Eldar Mahmudovun işdən çıxarılması nəticəsində bu məsələ öz həllini tapmadan qalmış və bu barədə qorxudan Elxan Bəşirov öz səsini çıxara bilməmişdi.
 Buna baxmayaraq, Elxan Bəşirov yenə də Lerikin icra başçısı olmaq niyətindədir. Bu məqsədlə rayon sakinlərini icra başçısı Rövşən Bağırova qarşı qaldırır. Hər ay Elxan Bəşirovun adamları tərəfindən minlərlə şikayət məktubu prezident aparatına göndərilir. Elxan Bəşirov qohumlarına 2017-ci ili icra başçısı kimi qarşilayacağını deyir və onları işlə təmin edəcəyini bildirir.
Sual olunur ki, Elxan Bəşirov bu qədər var dövləti necə əldə edib. Elxan Bəşirovun əmisi Texniki Universitetin prorektoru olmuş Bəşir Bəşirovun oğlu, Rəsul Quliyevin yaxın dostu, (Rəsul Quliyev Baş Nazirin müavini olan ərəfədə Bakı şəhərində binalar tikan bir nömrəli milyoner), Mərhəmət Bəşirovun yanında muhasib kimi işə başlayan Elxan Bəşirov Rəsul Quliyev işdən çıxarıldıqdan sonra, Mərhəmət Bəşirovun biznesi əlindən alındıqda, Elxan Bəşirov əmisi oğluna yalan danışıb, təxminən iki milyon ABŞ dolları çivarında vəsait oğrayıb saxlamışdır.
 Sonralar Elxan Bəşirov bu vəsaiti Lerikin sabiq İcra Hakimi Babəli Ağayevələ birlikdə biznesə qoyaraq Elxan Bəşirovun adına Zərinqala MMC-ni açaraq qalan vəsaitlə isə Rusiya federasiyasından taxta vurub İrana, İrandan isə şüşə vurub Azərbaycan bazarında satmağa başlamışlar. Elxan Bəşirov hər şey onun adına olduğuna görə Babəli Ağayevə atıb sonra 2000-ci ilədək həmin pulla Bakı-Sumqayıt şosesinin 13,5-ci km-də yer götürüb Mətanət-A şirkətinin balaca bir kafel-metlax yapışdırıcısı sexini tikib. Bundan sonra Babəli Ağayev Elxan Bəşirovu dəfələrlə məhkəmələrə versə də, əlində heç bir sübut olmadığına görə uduzmuşdur.
 2001-ci ildə Fərhad Əliyev İqtisadi İnkişaf naziri olandan sonra Elxan Bəşirovun işi daha rahat olub. Fərhad Əliyevin qardaşı Rafiq Əliyev Elxan Bəşirovun xalasıoğlu Telman Qasımovla ən yaxın dost və tələbə yoldaşı olduqlarına görə Elxan Bəşirova hər bir dəstək göstərilmiş dövlət hesabına ona güzəştli kreditlər ayrılmışdır. Bundan başqa İqtisadi İnkişaf Naziri Fərhad Əliyevin dövründə Sahibkarlığın inkişafı departamentinin direktoru Əlihüseyin Şaliyev Elxan Bəşirovla şərik olaraq butun məsələlərdə Elxan Bəşirova yaxından dəstək olaraq, hətta onu sahibkarlar şurasına üzv etmişlər.
 2005-ci ildə Fərhad Əliyevin həbsindən, Əlihüseyn Şaliyevinsə isə intiharından sonra “Mətanət-A” şirkəti tam olaraq Elxan Bəşirova qalıb. Hətta Fərhad Əliyev və Əlihüseyin Şaliyevin həbsindən sonra, onlara qarşı prokururluq orqanlarında ifadə də verib. Bununla da Elxan Bəşirov, o dövrdə artıq gips əsaslı zavod olan “Avanqard-N”-in əsasını qoymuş və həmin zavodu işə salandan sonra daha çox qazanmağa başlamışdır.
 Goranboy rayonu Yuxarıağcakəndə yerləşən gips mədənindən isə, qohumu, o dövrdə Goranboy rayonunun İcra Hakimi olan Novruz Novruzovun köməkliyi ilə ən yaxşı sahə götürmüşdür. Artıq neçə ildir ki, Elxan Bəşirov vergi orqanlarını aldadaraq, daha doğrusu vergü müvəttişləri ilə əlbir şəkildə vergidən milyonlarla manat vəsaiti gizlətməyə nail olmuşdur.
 Elxan Bəşirov aldatmağa necə vərdiş edibsə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi belə milyonların önündə aldatdı. Belə ki, 30.01.2016-cı il tarixində cənab Prezidenti yeni “AğDağ” zavodunun açılışında işçilərinə altı yüz manat maaş verdiyini və mövsümü olaraq beş yüz işsizi işlə təmin etməsini bildirdi. Bütün bunlar isə ağ yalan idi. Əslində zavodda korrupsiyaya qarşı mübarizə idarəsi, prokurorluq və vergilər nazirliyi yoxlamalara başlamalı, cənab Prezidentə yalan danışdığı üçün Elxan Bəşirova cinayət işi açılmalı idi. Çünki Vergilər Nazirliyi, Baş Prokurorluq, Korrupsiyaya qarşı Mübarizə İdarəsi araşdırma aparmalıdır ki, Elxan Bəşirov vergini hər işçiyə görə, altı yüz manata uyğunmu ödəyir? Əmək və Əhalinin Sosial Müdafiyəsi Naziriliyi araşdırma aparsın ki, Elxan Bəşirov bu günə kimi beş yüz işçiyə görə pensiya Fonduna ödəmə edibmi?
 “Mətanət-A” şirkətinin “AğDağ” zavodunda işləyən yerli fəhlələr o qədər narazıdırlar ki, həmin açılışa onları dəvət etməyə qorxan rəhbərlik prezidentin qarşısına öz yaxın adamlarını çıxartmaqla da hamını aldadıb. “Mətanət-A” şirkətində baş verən bu özbaşınalıqlar, Elxan Bəşirovun korrupsiya əməlləri barədə mətuatda dəfələrlə yazılar yazılsa da, görəsən prokurorluq orqanları həmin yazıları araşdırdımı? Araşdırsaydılar, onda Elxan Bəşirovun bir qarın yeməyə görə yüzlərlə çinlini, Suriyadan, İraqdan gətirilmə kürdləri istismar etdiyini, şirkətdəki qara mühasibatçılığı, işçilərin işdən çıxarilanda depozitlərinin verilməməsilə yanaşı, onlardan zorla şirkətin onlara heç bir borcu olmaması, əksinə onların şirkətə borcu olması barədə yazılı kağız almasını, eyni tərkibli məhsulun müxtəlif adlarda buraxılaraq alıcıların aldadılmasını öz gözləri ilə görərdilər.
 Sual olunur, bəs Elxan Bəşirov bu hunəri hardan alır. Buna üç  əsas göstərmək olar:
 
1. Elxan Bəşirov FETÖ-çudür. Bu barədə dövrü mətbuatda yazılar çıxsa da, sonradan bunlara dövlət tərəfindən bir reaksiya verilmədi.
 
2. Elxan Bəşirovun həyat yoldaşı Pərvanə Səidi İranlıdır. Pərvanə Səidinin İrandan bir erməni qohumu Martivosyan Elxan Bəşirovla hal-hazırda şərik işləyirlər. Bunun nəticəsidir ki, “Mətanət-A” şirkətinin məhsulları bu gün Ermənistan bazarlarında Azərbaycandakından qat-qat ucuz qiymətə satlır. Martivosyan Ukrayna avtoritetləriylə yaxın əlaqələri olduğuna görə Elxan Bəşirov da MDB ölkələrində rahat hərəkət edir.
 
3. Elxan Bəşirov ölkədə görünməyən bir güc tərəfindən qorunur. Bu güc, nece gücdürsə hətta cənab Prezidentə yalan danışan adamı belə dövlətin hüquq-mühafizə orqanları hələ də məsüliyətə cəlb edə bilmir”.
 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024