Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (17-02-2017, 11:14)
Rektor Memarlıq və İnşaat Universitetin müəllimləri binasını bazar edib – Şok faktlar

Rektor Memarlıq və İnşaat Universitetin müəllimləri binasını bazar edib – Şok faktlar

 

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) rəhbərliyi müəllimlər üçün tikilən binada biznes qurubmuş.

 

Mediatv.az:  Məlumata görə, binanın altında rektor Gülçöhrə Məmmədova, prorektor Tofiq Qasımov və başqa rəhbər şəxslər obyektlərə sahiblənib. Hətta bunu prorektor özü vaxtilə mətbuata dolayısı ilə təsdiqləyib.
Prorektor binanın altında yerləşən obyektlərə tək onun sahib olmadığını vurğulayıb. Onun sözlərinə görə həmin obyektlərdən püşkatma nəticəsində AzMİU-nun rektorunun və digər prorektorların da “bəxtinə düşüb”.
Necə olubsa, bu püşkatma mərasimi tamamilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin sırf rəhbər işçilərinin maraqlarına müvafiq nəticələnib.
Prorektor T.Qasımov öz bəxtinə düşmüş obyektin artıq açılışını da edib. Həmin obyekt “ST” özəl klinika kimi fəaliyyət göstərir.
Bu azmış kimi, AzMİU-nun müəllimləri üçün kooperativ əsaslarla inşa olunmuş binadakı mənzillərin bölüşdürülməsi zamanı yol verilən müxtəlif maxinasiyalar da mətbuatda öz əksini tapıb.
N.Nərimanov heykəlinin yaxınlığında inşa olunmuş bu bina hazır olduqdan sonra isə mənzillərin bölüşdürülməsi məqsədilə guya ki, püşkatma keçirilib.
Maraqlıdır ki, birbaşa kooperativ sədrinin (prorektorun) nəzarəti altında keçirilən püşkatma mərasiminin nəticəsi də elə ilk növbədə T.Qasımovun öz şəxsi maraqlarına tam uyğun olub.
Belə ki, püşkatma nəticəsində prorektor həmin binada bir 4 otaqlı mənzilə və bir də binanın altında yerləşən həmin obyektə sahiblənib.
Sözügedən ali məktəb təhsildə rüşvətin memarlarından biridir. 2017-ci ilin qış imtahanları da bayram ovqatında keçib.
Devalvasiyaya baxmayaraq, qiymətlərin qiyməti qalxmayıb. Bu universitetdə həyata keçirilən pul yığımlarının arxasında rektor Gülçöhrə Məmmədovanın bacısının durduğu iddia olunur. Təqribən, bir semestr 250-300 manata başa gəlir.
Mediada yayılmış məlumatlarda iddia olunur ki, Gülçöhrə Məmmədova bacısının həyat yoldaşına da universitetdə mühafizə xidmətinin rəisi vəzifəsini verməklə, AzMİU-nu demək olar ki, əsil ailə müəssisəsinə çevirə bilib.
Məlumatda o da deyilir – Memarlıq və İnşaat Universitetinin rektoru Azər adlı şərikilə birlikdə Məmməd Rahim küçəsinin bir hissəsini zəbt edib. Belə ki, Gülçöhrə Məmmədova avtodayanacaq biznesinə girişməyə qərar verib.
Bir müddət bundan əvvəl Hesablama Palatası AzMİU-da yoxlamalar apararaq ciddi qanun pozuntularını da aşkara çıxarmışdı.
Palatadan bildirilmişdi ki, auditlə əhatə olunan illərdə xərc smetaları təsdiq edilərkən xərc maddələri üzrə tələbat düzgün müəyyənləşdirilməyib. Onu da yada salaq ki, rektorun adı plagiat işində hallanıb.

24saat.org

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024