Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (5-01-2017, 23:01)
0 millət vəkilinin biznes imperiyasının ŞOK – Dosyesi

Ölkə böhran girdabında, parlamentdə “ağzına su alıb oturan“ “lal” deputatlar isə biznesi başında – Tam siyahı; Seçicilərin və Milli Məclisin axtardığı biznesmen-deputatlardan müdhiş arayış…


Ölkədə ağır iqtisadi proseslər gedir. Sosial həyat çətinləşir, manatın məzənnəsi getdikcə aşağı düşür, bahalaşma dalğası hər yeri bürüyüb, iş yerləri bağlanır, ixtisarlar aparılır, xarici şirkətlər Azərbaycanı tərk edir. Bir sözlə, iqtisadi böhran içində olan Azərbaycan çırpınır. Hər gün bahalaşan dollar və xərclərin artması, Tarif Şurasının kommunal qiymətlərin qaldırması, dotasiyaların azaldılması, bankların çöküşü, əhalinin kredit borclarını ödəyə bilməməsi iqtisadi fəlakət mənzərəsi yaradıb.
“Lal deputat”ların susmasının sirri 
Antiböhran tədbirləri kompleks şəkildə həyata keçirilməyə başlanıb. Prezident İlham Əliyev “Strateji Yol Xəritəsi” sənədini imzalayıb və ölkə başçısı krizisə qarşı çırmanıb. Dövlət başçısı qeyri-neft sektorunun inkişafı, daxili istehsalın və məhsuldarlığın artırılması, ixracın çoxaldılıb, idxaldan asılılığın azaldılması istiqamətində mühüm fərmanlar verir, addımlar atır.
Eyni zamanda prizdentin göstərişi ilə “qara bazar”a qarşı mübarizə aparılır və maliyyə sabitliyinin bərqərar olunması üçün aidiyyatı qurumlara möhlət verilib. Bütün bu iqtisadi hadisələrin fonunda parlamentdə də müzakirələr aparılıb. Bəzi deputatlar çıxışlarında təkliflərini irəli sürür, Tarif Şurasının qərarını ləğv etməyə çağırırdı. Amma bu deputatların sayı olduqca azdır və 125 nəfər Milli Məclis üzvünün əksəriyyəti susmağa üstünlük verdi. Mediada “lal deputat” adını qazanmış həmin millət vəkilləri ağzına su alıb oturdular. Sanki millət vəkili yox, biznesin vəkili idilər. Onları xalqın taleyi, əhalinin sosial problemləri, iqtisadi proseslərin gedişatı qəti şəkildə maraqlandırmadı.
Hər seçki ərəfəsində xalqın qarşısına çıxaraq yalan vədlər verən və mandata sahibləndikdən sonra yoxa çıxan bəzi deputatlar bu dəfə də əhdinə sadiq qaldılar və susdular. Həmin millət vəkillərinin bəziləri haqda arayış və biznes imkanları haqda araşdırma hazırlamışıq. Məlum olub ki, başı biznesə qarışmış deputatların Milli Məclisdə “lal deputat” kimi susmasının səbəbləri də bu imiş. Onların biznes fəaliyyətindən başını qaşımağa vaxtı yoxdur.
Mahir Aslanovun mebel alveri
Ondan başlayaq ki, 96 saylı Goranboy-Naftalan seçki dairəsinin seçiciləri bərk nigarandır. Onların sözlərinə görə, deputat Mahir Aslanovun 2015-ci ildən eşidilmir. Onun nə son iqtisadi proseslər, nə Tarif Şurasının qərarları, nə aktual siyasi müzakirələrdə iştirakı olmayıb. 2015-ci ildən M.Aslanovun parlamentdə funksiyasının nədən ibarət olduğu bilinmir. Amma biznes funskiyasının nədən ibarət olduğu aydındır. O, “Kəpəz Group”un sahibi kimi tikintidən tutmuş, mebel satışına qədər bir çox fərqli sahəyə nüfuz etməyi bacarıb. “Kəpəz Group” 1992-ci ildə fəaliyyətə başlayıb. “Kəpəz” tikinti, mebel (istehsalı və daşınması), daşıma, restoran (klub), mehmanxana biznesi, həmçinin, təmir və dizaynlaşdırma sahələrində fəaliyyət göstərir. Şirkət hazırda Almaniya, Türkiyə, BƏƏ, Gürcüstan, Rusiya və Rumıniya ilə güclü əlaqələr qurub. Digər tərəfdən, “Kəpəz” otel, “Happy İnn” otellər şəbəkəsinin də ona məxsus olması barədə məlumatlar yer almaqdadır.
Nəsib Məhəməliyevin restoranları
Bakının Nəsimi rayonunun keçmiş başçısı, hazırda 109 saylı Balakən seçki dairəsinin deputatı Məhəməliyev Nəsib Məhəmməd oğlu seçiciləri tərəfindən axtarışa verilib. Onu parlamentin iclaslarında çıxış edən görən də olmayıb. Di gəl ki, 20 yanvar küçəsi ilə Asif Məhərrəmov küçələrinin kəsişməsində yerləşən “Əlibaba” dönərxanası və ona bitişik aptek, “Moskva” univermağının yaxınlığında 6 mərtəbəli “Modera” mebel salonunun binası, Mir Cəlal küçəsində “Leyla” şadlıq evi ilə üzbəüz hasara alınmış böyük sahə, Mir Cəlal küçəsi 63-də “Assorti” restoranı var. Habelə, “Qızıl Tac” şadlıq evi ilə üzbəüz silsilə şadlıq evləri və digər binalar, “Əcəmi” metrosunun yaxınlığında “Bakcell” və onun yanında “Azercell” dükanları var. Cavadxan küçəsi 26-da “Ideal” ayaqqabı mağazası və həmin küçədə yerləşən aptek deputat aid olduğu bildirilir. Bu qədər biznesi olan deputatı nə büdcə müzakirələrində, nə Tarif Şurasının qərarlarında, nə də Balakəndəki qərargahında görmək oldu.
Rüstəm Xəlilovun torpaq sahələri
64 saylı Sabirabad ikinci seçki dairəsinin seçiciləri də deputatını axtarır. Xəlilov Rüstəm Gülabba oğlu qəfildən qəhətə çıxıb. Hazırda Xəlilovlar camaatın pay torpaqlarını və bütün bələdiyyə torpaqlarını öz şəxsi torpaqları kimi işlədirlər. Sabirabadda Xəlilovlar ailəsinin əllərində yüz hektarlarla torpaq sahləri var. Bundan başqa Sabirabadın kasıb əhalisinin torpaqlarını uzun müddətli icarə və alıq satqı ilə min hektarlar ərazidə əldə edilər. Deputatın əldə etdiyi torpaq sahələrində heyvandarlıq təsərrüfatından tutmuş balıqçılıq nohurlarına qədər var. Sovet dönəmində Rüstəm Xəlilovun atası Gülabba Xəlilov uzun illər “Jdanov” kolxozunda sədr işləyib. SSRİ dağılandan sonra isə Rüstəm Xəlilov və tayfası “Jdanov” kolxozunun bütün əmlakını mənimsəyiblər. Yada salaq ki, deputat oğlunun kredit fırıldağında iştirak edənlər arasında adı çəkilirdi. Bu da növbəti “lal” deputatın niyə susmasının səbəbini ortaya qoyur.
Azər Kərimlinin İtaliya biznesi
112 saylı Qax seçki dairəsinin seçiciləri az qala İnterpola müraciət etmək məcburiyyətində qalıb. Onların sözlərinə görə, deputat Kərimli Azər Şəmşid oğlunu heç cür tapa bilmirlər. Bu şəxs 2000-2005, 2005-2010 və 2010-2015-ci illərdə də Milli Məclisin üzvü olub. Millət vəkili olduğu 17 il ərzində Azər Kərimlinin deputat olaraq, fəaliyyəti də heç bir ictimai əhəmiyyətliliyi ilə seçilməyib. A.Kərimlinin biznes imkanları genişdir. Deyirlər ki, A.Kərimli ağac materialları və mebelqayırma sahəsində biznesmen olaraq Qax rayonu əhalisinin “sağlamlığının keşiyində dayanır”.
Hacı Salayevin otelləri, şirkətləri 
44 saylı Sumqayıt-Xızı seçki dairəsinin deputatı isə seçicilərinin, seçicilər isə millət vəkilinin yadından çıxıb. Sumqayıt və Xızı seçiciləri deyirlər ki, ölkədə manatın ucuzlaşması, əhalinin kredit, kommunal, işsizlik və başqa sosial problemləri Hacı Salayevi maraqlandırmır. Millət vəkilinin biznesinə daxil olan müəssisələrdən biri də «Trust» Mühafizə şirkətidir. 3 min nəfərdən çox əməkdaşı olan şirkət ölkədəki xeyli obyektin mühafizəsini təşkil edir. Bu obyektlər arasında banklar, istehsal müəssisələri, böyük satış mərkəzləri, əcnəbi şirkətlərin ölkəmizdəki nümayəndəlikləri və digər obyektləri var. “Trust”un əməkdaşlarının mühafizə etdiyi böyük şirkətlər arasında “Pepsi-coca cola” şirkəti də var. Millət vəkili “Lake Palace Hotel”i tikdirib. Onun oğlu Turqut Salayev isə 10-TT-010, 90-DD-010 nömrəli bahalı maşınları ilə şəhərdə meydan sulayır.
3 deputat haqda ilginc arayış 
Növbədə Masallıdan deputat seçilmiş Nəriman Əliyevdir. Onu da aktiv deputatların sırasında görmək mümkün deyil. Deputatın mikrofununu az qala toz basıb. Onun parlamentdə səsini eşidən olmayıb. N.Əliyevin onlarla obyekti, Bakıda və Masallıda biznesi var. Bundan başqa, dərman bazarında biznesi olan deputatlari qeyd etmək olar.(gundemxeber.az)Birinci növbədə Cavanşir Feyziyevdən başlayaq. Millət vəkili əsas inhisarçı və bahalaşmaya səbəbkar olan şəxsdir. “Avromed Company” ASC-nin sahibi deputat C.Feyziyevdir. Dərman biznesmeni olan digər deputat isə Ülvi Quliyevdir. “Loğman Farm” Milli Məclisin deputatı Ülvi Quliyevindir.
Hüseynbala Mirələmovun obyektləri
Nəhayət, danışan, amma bircə çıxışını üzünə-gözünə bulaşdıran deputatın biznesini təqdim edirik. Milli Məclisin deputatı Hüseynbala Mirələmov komik açıqlama ilə çıxış edib. Millət vəklinin dediklərini olduğu kimi təqdim edirik: “Ayağını yorğanına görə uzat. Azdır az ye, çoxdur çox ye. Adamlar var çörək yemir, ət yemir, balıq yemir ki, forma saxlasın. Çox yemək insanı tez qocaldır. Bu gün bizim bir köməkçimiz var, vaxt olar ikisi olar, vaxt olar 3 köməkçimiz olar. Onu bizim iqtisadi vəziyyətimiz, biz də zaman özü diktə edəcək”.Xalqı arıqlamağa çağıran deputatın özünün çəkisi kifayyət qədər çoxdur. Ona görə də elə bu tövsiyyəyə birinci onun özü əməl etsə yaxşı olar. Onun “1001 gecə” restiranı var.Metal Konstruksiyalar Zavodu da Mirələmova məxsus imiş. Sadəcə olaraq millət vəkili olduğu üçün bu biznesini öz adına yox, bacısı uşaqlarının adına sənədləşdirib. Restoranla bərabər millət vəkilinin Xətai rayonu ərazisində bir neçə obyekti də var. Deputatın Səbail rayonu ərazisində də bir neçə iri müəssisəsi fəaliyyət göstərir.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024