Ana səhifə Siyasət Sosial Hadisə İqtisadiyyat Dünya Gündəm Mədəniyyət Maqazin İdman Müsahibə Cəmiyyət Sağlamlıq

Karusel (22-12-2016, 17:44)
Bakıda rüsvayçılıq: “Qəbiristanlığa 230 manat gətir, dəfn edək”

qebir

Cənazəni 3 gündür dəfn etməyə qoymurlar

Mediatv.az xəbər verir ki, bu günlərdə Bakıda tükürpədici və rüsvayçı olay yaşanıb.

Üç gün əvvəl dünyasını dəyişmiş şəxsin dəfn olunmasına icazə verilmir. Buna səbəb qəbiristanlıq rəhbərliyinin ölü sahibindən rüşvət istəməsidir. Nəticədə yuyulmuş və kəfənlənmiş cənazə üç gündür ki, ortalıqda qalıb. Belə ki, dekabrın 20-də Yasamal rayon sakini, 60 yaşlı Umxanım Məmməd qızı Babayev onkoloji xəstəlikdən dünyasını dəyişib. Həyatını itirən şəxs II Alatava 86 ünvanında qeydiyyatındadır. Lakin o, kirayə qaldığı Yasamal rayonu Mirzə Cavad Məmmədzadə (II Yasamal) 253 ünvanda dünyasını dəyişib. Mərhumu dekabrın 21-də Yasamal rayon qəbiristanlığında öz həyat yoldaşının yanında dəfn etmək istəyiblər. Hətta dəfn üçün Yasamal rayon qəbiristanlığı tərəfindən qəbir qazılıb və hörülüb. Amma cənazənin dəfn edilməsinə qəbiristanlıq rəhbərliyi tərəfindən imkan verilməyib.

21 yaşlı oğlu Yusif Babayevin verdiyi məlumata görə, ona anasını torpağa tapşırmağa icazə verilməyib. Qəbiristanlığın rəhbərliyindən bildirilib ki, qəbrin qazılması və hörülməsi müqabilində mərhumun yaxınları 230 manat pul ödəməlidir.

Umxanım Babayevanın oğlu bu qədər pulun olmadığını bildirdikdə ondan anasının cənazəsini geri qaytarmaq tələb olunub. Halbuki oğlu əvvəlcədən qəbirstanlıqda onların ailəsinə məxsus sahənin olduğunu nəzərə çatdırıb. Şikayətçi deyir ki, dəfn üçün yeni torpaq sahəsi almadıqlarına görə bu qədər yüksək məbləğin ödənilməsinə də ehtiyac yoxdur. Buna baxmayaraq Yasamal qəbiristanlığının məsul şəxsləri ölü sahibinə heç bir güzəştə getməyib. Ona bildirilib ki, anasının cənazəsini aparıb morqa qoysun və vəsaiti ödəmək imkanı olanda gətirib dəfn edə bilər. Çarəsiz qalan Yusif Babayev Umxanım Babayevanın yuyulub kəfənlənmiş cənazəsini “Təzə Pir” Məscidinin morquna yerləşdirmək məcburiyyətində qalıb.

Umxanım Babayevanın vəfat etdiyi və cənazəsinin götürüldüyü ünvandan aldığımız məlumata görə, hazırda onun nəşi kəfənlənmiş vəziyyətdə morqda saxlanılır. “Təzə Pir” Məscidinin rəhbərliyi də meyitin saxlandığı hər gün üçün 20 manat ödəniş istəyir. Anasını itirmiş Yusif Babayev kimsəsiz vəziyyətdə və maddi imkanı həddindən artıq aşağı olduğundan gündəlik 20 manatı da morqa ödəməkdə çətinlik çəkir. Çox təssüf ki, məscidin ərazisində yerləşən Qafqaz Müsəlmanları İdarəsi də ağılasığmaz və biabırçı olaya göz yumub. Bu gün isə Yusif Babayev Yasamal rayon qəbiristanlığı rəhbərliyinə anasının dəfn olunması üçün vəsaitin 160 manatını ödəyib: “Qəbiristanlığın girişində qəbir daşları düzəldilən sexin müdiri Məhərrəm Əliyev yerdə qalan 90 manatı gətirməyincə, ölünün basdırılmayacağını bildirib”.

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov cebhe.info-ya açıqlamasında deyib ki, dəfn üçün bu qədər pul istənilməsi düzgün deyil və bu mümkünsüzdür: “Bu söhbətlər yalandır, ola bilməz. Elə şey olmaz axı… Vətəndaş mənə zəng etsin, tapşırım. Məzar qazılması üçün tikinti materiallarını ya alıb gətirsin biz hörək, ya da pulunu versin. Bir də 63 manat rüsum keçirməlidir. Başqa heç bir şey lazım deyil. Qəbirstanlıqda əgər yeri varsa, rüsum pulunu və yenə də tikinti xərcini ödəməlidir”. Sabir Həsənovun sözlərinə görə Yasamal rayon qəbiristanlığı 230 manat məbləğində pul istəyə bilməz: “Yalan söhbətdir. Çünki rüsum və tikinti xərci birlikdə təxminən 150 manat pul tutur. O tikinti materialları alınmalı və qəbirin yanına daşınmalıdır. Qəbir elə yerdədir ki, daşınması üçün heç 50 manat pul tutmaz. O işə biz qarışmırıq. Sadəcə vətəndaşa deyirik ki, 63 manat rüsumla, materialları gətir, biz dəfn edək. Tikinti üçün isə 50 daş, bir kisə sement və qum alınmalı və daşınmalıdır. Yəni qeyd etdiyiniz o məbləq bizim məbləğin içərisində yoxdur”. (7News.Az)



Reklam
Xəbər lenti
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı