Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (19-10-2016, 15:33)
146 saylı məktəbdə şagirdlər direktor Süleyman Zülfüqarova mütləq 800-1000 manat ödənməlidir

İl ərzində repetitor yanına gedən və bu səbəbdən məktəbə gəlməyən şagirdlər Süleyman Zülfüqarova 800-1000 manat ödəməli olurlar

Bu gün dövlətimiz təhsil sahəsinin əhəmiyyətini hər zaman vurğulamaqla, bu sahənin inkişafı üçün mühüm tədbirlər, islahatlar həyata keçirir. Lakin təəssüflər olsun ki, bu sahədə çalışan bəzi funksionerlər, təhsil müəssisə rəhbərləri daha çox yaradılan imkanlardan sui-istifadə hallarına yol verirlər. Çox acınacaqlı haldır ki, bəzən bu gün pedaqoji fəaliyyətlə məşğul olan şəxslər öz vəzifələrinin nədən ibarət olduğunu unudurlar. Bax əslində elə bu unutqanlıq da, son nəticədə Azərbaycan təhsilinin inkişafını ləngidir, dövlət tərəfindən aparılan islahatlara xələl gətirir. Artıq dəfələrlə qeyd etdiyimiz kimi, bu gün ölkəmizin bir çox orta tədris müəssisələrində rüşvətxorluq və korrupsiya hallarının daha dərindən kök atması və daha uzun müddət tam cəzasızlıq şəraitində təzahür etməsi üçün hələ də çox əlverişli mühit mövcuddur. Ötən saylarımızda dərc etdiyimiz materiallarda da biz Bakının müxtəlif rayonlarında fəaliyyət göstərən orta məktəblərdə yer almış neqativ halların, məktəb direktorları və digər vəzifəli şəxslər tərəfindən yol verilən qanun pozuntularının ifşasına yönəldilmiş tənqidi yazılar dərc etmişik. Redaksiyamıza yeni daxil olan məlumatlarda isə, Bakının Suraxanı rayonunda yerləşən Cavanşir Rəhimov adına 146 saylı tam orta məktəbin fəaliyyətində müşahidə olunan bir sıra neqativ hallar diqqət mərkəzinə çəkilir. Məlumat üçün bildirək ki, hazırda direktor Süleyman Zülfüqarovun rəhbərlik etdiyi bu orta təhsil müəssisəsi 1961-ci ildə istifadəyə verilmişdir. Məktəb 800 şagird yerlikdir. 4 mərtəbədən ibarət olan məktəb binasında 40 sinif otağı vardır. Məktəbdə 1259 şagird 58 sinifdə, iki növbədə təhsil alır. Məktəbdə Rus bölməsi üzrə 5 sinif fəaliyyət göstərir. Şagirdlərin təlim-tərbiyəsi ilə məktəbdə 119 müəllim məşğul olur.

Redaksiyamıza təqdim olunan açıqlamalara görə, bu məktəbdə xüsusilə yuxarı sinif şagirdlərinin ali məktəblərə hazırlıq kurslarına getmələri, direktorun ən gəlirli maliyyə qaynaqlarından biridir. Belə ki, mənbələr iddia edirlər ki, tədris ili ərzində ayrı-ayrı fənlər üzrə repetitor yanına gedən və bu səbəbdən də məktəbə gəlməyən şagirdlər 800-1000 manat civarında bir dəfəlik (illik) rüşvət verməlidirlər. Əlbəttə, ilk baxışda bu məbləğ bir qədər yüksək görünə bilər. Lakin "sərbəst davamiyyət” əldə etmək istəyən şagirdlər bu pulu mütləq şəkildə ödəməli olurlar. Məlumatlarda həmçinin göstərilir ki, məktəbin ibtidai sinif şagirdləri üçün stabil olaraq 5 manat məbləğində aylıq yığım (fond pulu) müəyyən edilmişdir. Yuxarı siniflər üçün bu məbləğ artaraq 10 manat təyin edilib. Məktəbin müəllim heyəti üçün də müəyyən ödənişlər nəzərdə tutulmuşdur. Əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə il ərzndə hər bir müəllimin ödədiyi məbləğ bir neçə min manata çatdırılır. Bundan başqa isə, məlumatlarda bildirilir ki, yeni dərs ilinin başlanması ilə əlaqədar direktor Süleyman Zülfüqarov bu orta təhsil müəssisəsində artıq adi hal kimi qəbul edilən pul yığımlarından başqa, əlavə qazanc mənbələri də əldə etmişdir. Daha dəqiq desək, oktyabr ayının 5-də qeyd olunan Müəllim günü 146 saylı məktəbdə sürəkli pul yığımları ilə əlamətdar olmuşdur. Belə ki, bizə təqdim olunan açıqlamalara görə, müəllim günü münasibətilə məktəbin bütün siniflərindən hər şagirddən 50 manat olmaqla pul yığılmışdır. Artıq dəfələrlə qeyd olunduğu kimi, bu gün ölkənin Təhsil Nazirliyi bu sahədə həyata keçirilən islahatların reallaşmasını əngəlləyən bu kimi səbəbləri aradan qaldırmaqda hələ də acizlik nümayiş etdirir. Hansı ki, bu səbəblər ilk növbədə təhsil sisteminin bütün strukturlarında yaşanmaqda olan kadr problemləri ilə bağlıdır. Elə 146 saylı orta məktəbin nümunəsi də bu həqiqəti bir daha təsdiq edir.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024