Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (6-10-2015, 21:00)
Süleyman Mikayılov hakimiyyətin etimadını niyə itirib?

Qaradağın icra başçısının özfəaliyyəti, daha doğrusu Azərbaycan hakimiyyətindən gizli şəkildə Avropa Boks Konfederasiyasının vitse prezident olmaq üçün sövdələşmələrə getməsi yüksək dairələrdə açıq qəzəblə qarşılanıb və bu üzdən də vəzifədən alınması artıq çoxdan PA-da müzakirə olunmaqdadır.
Bu barədə azfakt.com-u məlumatlandıran mənbə bildirir ki, artıq çoxdan Süleyman Mikayılovun vəzifədən alınması müzakirə olunur. Buna səbəb isə Süleyman Mikayılovun ölkə rəhbərliyndən xəbərsiz Avropa Boks Konfederasiyasının vitse prezidenti olmaq üçün bəzi avropalı həmkarları ilə bazarlıq etməsi olub. Hətta həmkarlarından lobbi dəstəyi almaq üçün Qaradağın icra başçısı yarım milyon manat xərc çəkdiyi bildirilir. 
Mənbə bildirir ki, Avropa Boks Konfederasiyasının (ABK) Baş Assambleyasının iclasında Süleyman Mikayılov vitse-prezident seçilib. Lakin həmin məlumat ölkə mətbuatında, həmçinin hökümətyönlü aparıcı mətbu orqanlarda dərc olunduqdan bir neçə saat sonra hər şey dəyişib. Ölkə rəhbərliyi Süleyman Mikayılovun bu özfəaliyyətindən xəbər tutub və ona qarşı ciddi iradlar irəli sürülüb. Hər şeydən əvvəl Qaradağın icra başçısının ölkə rəhbərliyndən xəbərsiz belə bir addım atması qəbul olunmaz hal kimi qiymətləndirilib. 
Bundan sonra isə Süleyman Mikayılov Avropa Boks Konfederasiyasının (ABK) vitse-prezidenti postundan imtina edib. Həmçinin Qaradağın icra başçısı təcili şəkildə həmin məlumatın elektron mətbu orqanlardan silinməsi üçün tapşırıq verib və müxtəlif vasitələrlə həmin məlumat saytlardan silinib. 
Qeyd edək ki, bu ilin aprel ayında İtaliyanın Assizi şəhərində keçirilən Avropa Boks Konfederasiyasının (ABK) Baş Assambleyası iclasında Qaradağın icra başçısı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov vitse-prezidenti seçilib. Lakin sonradan yayılan məlumat doğrulanmayıb və bildirilib ki, Süleyman Mikayılov ABK-nin İcraiyyə Komitəsinin 12 üzvündən seçilib.
Bakı 2015 Avropa Oyunlarında Azərbaycan boksçuları yüksək nəticələr göstərməsinə baxmayaraq, hələ də Süleyman Mikayılovun karyerası sual altındadır. Mənbə bildirirn ki, Süleyman Mikayılova yol verdiyi özfəaliyyət hələ də bağışlanılmayıb. Bunu bilən rəqibləri isə Süleyman Mikayılova qarşı kampaniyanı hər gün daha da genişləndirməkdədirlər. Qaradağın icra başçısı olmaq istəyənlər isə həddindən artıq çox olduğundan hələ ki, Süleyman Mikayılov haqqında yekun qərar verilmir. Lakin mənbə seçkilərdən sonra aparılacaq kadr dəyişikliyinin əsas fiqurlarından birinin də məhz Süleyman Mikayılov olacağını bildirir.
Mikayılovun bir çox biznes sahələrinin əlindən alınması prossesi də başlayıb. Belə ki, icra başçısının daha əvvəl rəhbərlik etdiyi Yardıml və Lənkəran rayonlarında ona aid olan bütün biznes strukturlarının ya əlindən alınır, ya da sökülür.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024