Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (29-07-2015, 15:43)
Yaylaqdan başlayıb meşəyə keçən yanğın söndürüldü

 

Xızıda yanğının söndürülməsi üçün mümkün bütün vasitələrdən - əl əməyi və helikopterdən də istifadə edilib.

Xızıda yaylaqda başlayıb meşə ərazisinə keçən yanğın tam lokallaşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dizəvəryaylağında başlamış, sonradan meşə fondu torpaqlarına keçmiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin və ETSN-nin əməkdaşlarının ciddi səyləri nəticəsində söndürülüb. 

İyulun 28-də başlayan yanğın yaylaqda geniş ərazini əhatə etdiyindən və hava şəraitinin küləkli olmasından onun söndürülməsində çətinliklər yaranıb və meşə fondu torpaqlarına keçib. Ərazi yüksək dağ massivində, yəni dəniz səviyyəsindən yüksəklikdə yerləşdiyindən yanğınsöndürən maşınların əraziyə cəlb edilməsində problemlər yaranıb. Yanğının qarşısının alınması və közərən sahələrin söndürülməsi üçün mümkün olan bütün vasitələrdən əsasən əl əməyindən və helikopterin köməyindən istifadə edilib. 

Ümumiyyətlə, bir-birindən aralı məsafələrdə yerləşən kiçik sahələrdə baş vermiş yanğın, közərtilər də daxil olmaqla 2 hektara yaxın meşə fondu torpaqlarını əhatə edib və nəticədə quru ot və kol örtüyü yanıb. Meşə işçilərinin, ümumilikdə ETSN və FHN əməkdaşlarının fədakarlığı, şücaəti və ciddi səyləri ilə ağaclara ciddi ziyan dəyməyib, çətin şəraitdə əl əməyindən istifadə edilməklə həyata keçirilən intensiv tədbirlərlə ağac örtüyü mühafizə edilib. Hazırda közərtilərin tam olaraq söndürülməsi istiqamətində işlər davam etdirilir. 

Yanğınla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları fövqəladə iş rejiminə keçib və Nazirliyin 150 nəfərə yaxın əməkdaşı, o cümlədən müvafiq departament rəhbərləri və işçi qüvvəsi dünəndən ərazidədir. 

Meşə yanğınlarının səbəbləri ilə bağlı mütəxəssislərin apardığı təhlillər və monitorinqlər göstərir ki, baş verən yanğın hadisələrinin çox böyük əksəriyyəti taxıl biçininin yekunlaşmasından sonra biçənəklərə od vuran fermerlərin ehtiyatsızlığı və etinasızlığından irəli gəlir. Təəssüf ki, torpaq sahibləri olan fermerlər məsələnin ciddiliyini və məsuliyyətini anlamadan plansız, qabaqlayıcı tədbirlər olmadan, yanğın təhlükəsizliyi qaydalarına əməl etmədən sahələrə od vurur və yarana biləcək fəsadları hesablamırlar. 

Nəzərə almırlar ki, belə məsuliyyətsiz addımların nəticəsində hektarlarla meşə örtüyü məhv ola bilər, ölkənin meşə fondu ani vaxt içərisində yanıb kül olmaq təhlükəsi ilə üzləşər. İndiki halda fədakar insanların şücaəti yüzlərlə ağacı xilas etdi, amma belə olmaya da bilərdi, alov daha keçilməz yüksək dağlıq sahələri əhatə etsəydi, meşələrimiz qarşısı alınmaz fəsadlarla üzləşə bilərdi. 

ANS PRESS-ə verilən məlumata görə, bunlar nəzərə alınaraq ETSN-nin müvafiq qurumları tərəfindən araşdırmalara başlanılıb. Araşdırma başa çatdıqdan və yanğın törətməkdə təqsirli bilinən torpaq istifadəçiləri (fermerlər) müəyyənləşdirildikdən sonra meşə sahəsinə vurulan ziyanla bağlı onlar barəsində müvafiq sənədləşmə aparılacaq və barələrində ciddi tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət ediləcək. Bölgələrdə yanğınlara yol verilməməsi istiqamətində nazirliyin tabeli qurumları tərəfindən mütamadi olaraq monitorinqlər və maarifləndirmə işləri davam etdirilir.

Havaların isti və quraq keçməsi ilə əlaqədar isə ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Xatırladaq ki, son bir neçə gündə ölkə ərazisində həddindən artıq qızmar hava şəraiti müşahidə edilir. Bir neçə gün öncə Qəbələ rayonu ərazisində meşə massivində yanğın barədə məlumat yayılmışdı. 

Mediatv.az

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024