Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (3-03-2014, 20:50)
ARDNŞ-in Təhlükəsizlik İdarəsi ləğv edildi

 

Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsi ləğv edildi”. Bunu virtualaz.org-a Neftçilərin Hüquqlarını müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı bildirib.
Hüquq müdafiəçisi dedi ki, Təhlükəsizlik İdarəsinin bazasında "Etalon təhlükəsizlik” MMC yaradılıb: "Təhlükəsizlik İdarəsinin 3 mindən çox əməkdaşı olub. Əmək Məcəlləsinin 63-cü maddəsinə görə, həmin işçilər yeni qurumda işlə təmin edilməlidir. Lakin ixtisarların olacağı gözlənilir. Çünki əməkdaşların bəzilərinə əməkhaqqının 5 misli qədər müavinət təklif olunub”.
M.Qəhrəmanlı yeni yaradılan qurumun rəsmi sənədlərdə "Etalon Security MMC” kimi qeyd edilməsinə qarşı çıxıb: "Yeni qurumun adı nə tam ingilis, nə də tam Azərbaycan dilində deyil. Nəzərə almaq lazımdır ki, beynəlxalq standartlarla yanaşı "Dövlət dili haqqında” qanun qüvvədədir”.
Hüquq müdafiəçisi 10 komandanın şirkətin tabeliyində saxlanıldığını güman edir: "Təşkilata daxil olan məlumatda deyilir ki, Təhlükəsizlik İdarəsi ləğv edilsə də 10 komanda şirkətin tabeliyində qalıb. Bu qrupun özəl qoruma olduğu bildirilir”.
ARDNŞ-in mətbuat xidmətindən isə məlumatı şərh etmək istəmədilər.
шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024