Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (18-10-2014, 11:56)
Azərbaycanda bu banklar bağlanır – SİYAHI

Belə ki, 2015-ci ilin yanvarın 1-dək  nizamnamə və məcmu kapitalını 5 dəfə artırıb 50 milyon manata çatdırımayan bank bazarı ya tərk edəcək, ya da digər banka birləşdiriləcək.

 
MB-nın  maliyyə təşkilatlarının fəaliyyəti ilə bağlı hesabatlarına əsaslansaq, 5 bankın bazarı tərk edəcəyi istisnasızdır. Çünki ilin ikinci rübünün nəticələrinə görə, 5 bank ləğv etmə prosesində olub. 8 bank isə zərərlə işləyib. Bank sisteminin cəmi zərəri zərərlə işləyən banklar üzrə - 42,44 milyon manat təşkil edir. Hazırda sual yaradan  zərərlə işləyən və ləğvetmə prosesində olan bankların kimliyidir. Mərkəzi Bank həmin bankların işgüzar nüfuzunu nəzərə alaraq adlarını açıqlamır.
 
Publika.az məcmu və nizamnamə kapitalı ilə bağlı qarşıya qoyulan öhdəlikləri yerinə yetirməyən bankları təqdim edir.
 
Bu sıraya “Günay Bank” Səhmdar Kommersiya Bankı daxildir. Bank sonuncu audit hesabatını 2013-cü il üzrə verib. Dekabrın 30-na olan məlumata görə, bankın cəmi öhdəlikləri və kapitalı 34, 760,858 milyon manat olub.  2012-ci ildə bu rəqəm 34,447,565 milyon manat təşkil edib. Göründüyü kimi, artım cüzidir. Nəzərə alsaq ki, cari ildə MB bankların gəlir mənbəyi olan kreditlərin məhdudlaşdırılması bağlı bir sıra qərarlar qəbul edib, bankın qoyulan tələbi yerinə yetirəcəyi sual altındadır.
 
"AmrahBank"ın son maliyyə hesabatlarında bankın 2014- cü ilin fevral ayında  məcmu kapitalının 51.7 mln. AZN-ə , sentyabrda isə 55 mln. AZN-ə yüksəltdiyi qeyd edilsə də, bankın ciddi böhran keçirdiyi bildirilir. O cümlədən, audit hesabatı olmadığından bu rəqəm son rəqəm hesab edilmir.
 
"Azərbaycan Kredit Bank"nın 2014-cü ilin iyun ayına olan hesabatına görə, bankın məcmu kapitalı 17,294,472.72 min manat təşkil edib.
 
30.06.2014-cü il tarixinə olan məlumata əsasən “ATRABANK” ASC-nin məcmu kapitalı 21 320.73 min AZN təşkil edib. Onlardan 20 702.36 min AZN bankın əsas kapitalının payına düşür, 644.69 min AZN isə II dərəcəli kapitala aiddir.
 
Kapital qıtlığı yaşayan banklardan biri də  "Bank Avrasiya”dır. Bankın cari ilin iyun ayına olan kapitalın strukturu və adekvatlığı barədə hesabatına görə, bankın məcmu kapitalı 30, 849.1 min manat təşkil edib.
 
Son zamanlar ciddi maliyyə böhranı ilə üzləşdiyi qeyd edilən "Bank of Azerbaijan" da bu sıraya aiddir. Hələ ötən il maliyyə təşkilatının vəziyyətinin normal olduğu zamanda bankın kapitallaşması 33,6 milyon manat olub.
 
"Deka Bank"ın sentyabra olan məlumatına görə,  məcmu kapitalı 13010.20509 min manat təşkil edib.
 
Növbəti sırada “NBC Bank” gəlir. 2014-cü ilin ikinci rübünə olan məlumata görə, bankın məcmu kapitalı 38,532 milyon manat olub. 
 
“Parabank”bu bankın da məcmu kapitalı Mərkəzi Bankın qoyduğu tələbə uyğun gəlmir. Cari ilin iyun ayına olan hesabata görə, bankın məcmu kapitalı 21 milyon 662 min manat olub.
 
“Yunayted Kredit Bank”ın  iyul ayına olan kapitalın adekvatlığı hesabatında bankın məcmu kapitalının həcmi  27864.24 min manat göstərilib.
 
Zamin Bank"ın məcmu kapitalı isə aprelin 1-nə 47 milyon manat olub.
 
“Naxçıvanbank”  isə ümumiyyətlə 2011-ci ildən bu tərəfə maliyyə hesabatını açıqlamayıb.
 
31 mart 2014-cü il tarixinə “KredoBank”ın nizamnamə kapitalı 50,540,000 min manat olub. Bank məcmu kapitalının həcmini göstərmir.

 

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024