Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (21-02-2014, 20:51)
Qərib Məmmədov Arif Rəhimzadənin İTTİHAMLARI ilə razılaşdı

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi millət vəkili Arif Rəhimzadəyə cavab verib. Belə ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Modern.az-a müsahibəsində Dövlət Komitəsinin fəaliyyətini ittiham edərək, bələdiyyələrə məxsus torpaqların xəritələrinin olmamasının müəyyən problemlər yaratdığını və bununla bağlı dövlət başçısı tərəfindən imzalanan sərəncamın icra müddətinin bitdiyini bildirib. Deputat Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə Dövlət Reyestr Xidməti arasında əlaqəli iş qurulmaması səbəbindən indiyə qədər xəritə hazırlanmadığını da bildirib. 

Modern.az məsələ ilə bağlı ittiham olunan tərəfə - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə sorğu ünvanlayıb. 

Komitə Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, sərəncamda nəzərdə tutulan mərkəzi icra hakimiyyəti orqanları tərəfindən zəruri məlumat və sxemlərin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim olunması gecikdirildiyindən, həmçinin bələdiyyələrin ərazi hüdudları ərazi vahidlərinin hüdudları ilə müəyyən edildiyindən, bu işlərin icrasında müəyyən obyektiv gecikmələr yaranıb. 

Komitəsinin mətbuat xidmətindən onu da bildiriblər ki, 2013-cü ildə 176 bələdiyyənin xəritəsi hazırlanıb, ərazisində mərzçəkmə işləri aparılaraq bundan 35 bələdiyyənin xəritəsi təsdiqlənmək üçün aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunub. 

Qeyd edək ki, ölkə başçısının sərəncamına əsasən, bələdiyyələrin dövlət reyestrinin aparılması 2013-cü ilin yanvar ayının 1-i üçün tamamlanmalı idi.

 

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024