Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (15-08-2014, 13:20)
Tağı Əhmədov qalsaydı, metro qəzaları olmayacaqdı?

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri: “Yeni vaqonlar alınacaq”

 

Bu gün səhər saat 08: 33 radələrində Bakı metropolitenində qatarların hərəkətində problem yaranıb.  Nasazlıq Həzi Aslanov –İçərişəhər xəttində 3 saylı marşrut üzrə hərəkət edən qatarda baş verib. Qatarın birinci vaqonunun qapılarından biri bağlanmadığına görə hərəkət dayandırılıb, dərhal sərnişinlər evakuasiya olunub. Xatırladaq ki, həmin vaqonda oxşar hadisə dünən saat 10: 45 radələrində də qeydə alınmışdı. 
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev də musavat.com-a açıqlamasında hadisəni təsdiqləyib: “Qatarın birinci vaqonunun ikinci qapısı bağlanmayıb və sərnişinlər təxliyyə olunub. Qatar isə depoya göndərilib. Təcili nasazlıq yaranan qatarın yerinə ehtiyat qatar xəttə buraxılıb. Qatarda yaranan nasazlıq ümumi qrafikə təsir etməyib". 
Qeyd edək ki, bu cür hadisələr baş verərkən, əhali arasında Metropolitenin keçmiş sədri Tağı Əhmədov yada düşür. Bir çoxları onun işdən çıxarılmasından sonra qatarların hərəkətində baş verən nasazlıqların daha intensiv şəkil aldığını düşünür. Bu haqda sosial şəbəkələrdə də müzakirələr gedir. 
Qeyd edək ki, bu il fevralın 27-də Tağı Əhmədov işdən çıxarıldı. “Bakı Metropoliteni” QSC-nin yeni sədri Zaur Hüseynov işə başlayan kimi, bir çox təqdirəlayiq addımlar atdı. Metrodakı ticarət obyektləri söküldü, reklam lövhələri yığışdırıldı, verilən proqnozların əksinə olaraq, gediş haqqının qiyməti dəyişmədi. 
Ancaq bütün bunlarla paralel olaraq,  metroda baş verən nasazlıqların, həyəcan xəbərlərinin də ardı-arası kəsilmədi. Demək olar ki, hər həftə “Metroda yanğın təhlükəsi yarandı”, “Qatar tuneldə qaldı”, “İki qatar tuneldə üz-üzə gəldi”, “Sərnişinlər evakuasiya olundu” başlıqlı xəbərlərə rast gəlirik. Bir çoxlarımız isə bu təhlükəni yaşayırıq. 
Bəs görəsən, bu baş verənlərin səbəbi nədir? Xəttə olan vaqonların istismar müddəti bitibmi? Metropoliten rəhbərliyi xətdəki qatarları nə zaman dəyişəcək? 
Bu suallara cavab verən N. Paşayev bildirib ki, xətdəki qatarların heç birinin istismar müddəti bitməyib: “Bakı Metropoliteninin xəttində istifadə müddəti bitmiş qatar yoxdur.”
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri onu da qeyd etdi ki, xətdəki vaqonları dəyişmək üçün yenilərinin alınmasını gözləyirlər: “Mövcud qatarları əsaslı şəkildə təmir edib, yenidən xəttə buraxırıq. Onların istismar müddəti hələ ki, bitməyib. Yeni qatarların alınması ilə bağlı bizim fransız şirkətləri ilə anlaşmamız var. Bütün detallar müəyyən olunduqdan sonra, müqavilə imzalanacaq və yeni vaqonlar alınacaq” . 
шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024