Ana səhifə Siyasət Sosial Hadisə İqtisadiyyat Dünya Gündəm Mədəniyyət Maqazin İdman Müsahibə Cəmiyyət Sağlamlıq

İqtisadiyyat (12-01-2018, 12:00)
Büdcədənkənar dövlət fondları ilə bağlı – DƏYİŞİKLİK

Büdcədənkənar dövlət fondları ilə bağlı – DƏYİŞİKLİK

 

Baş nazir Artur Rəsizadə 2004-cü il 12 iyul tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər Planı”nda dəyişikliklər edib. 

Mediatv.az  Nazirlər Kabinetinə istinadən xəbər verir ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli, 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası prezidentinin 2017-ci il 5 avqust tarixli, 1569 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti I bölmənin adında “Fondu büdcəsinin” sözləri “Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin” sözləri ilə əvəz edilməsini qərara alır.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və işsizlikdən sığorta fondunun  büdcələrinin icrası üzrə mədaxil və məxaric əməliyyatları tam şəkildə qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq dövlət xəzinədarlığı vasitəsilə icra edilir. Əldə edilən bütün gəlirlər tam həcmdə və vaxtında vahid xəzinə hesabına köçürülür. İlin sonuna xəzinə hesablarının qalıqları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və  işsizlikdən sığorta fondunun  büdcələrinin növbəti ilin aidiyyəti büdcə xərclərinin ödənilməsinə yönəldilir”.

“Fondunun və onun şəhər, rayon şöbələrinin xüsusi kodlu” sözləri “Fondunun və işsizlikdən sığorta fondunun xəzinə” sözləri ilə əvəz edilsin və həmin bəndə ismin müvafiq hallarında “rayon şöbələri” sözlərindən sonra “ismin müvafiq hallarında “Dövlət Məşğulluq Xidmətinin yerli şöbələri” sözləri əlavə edilsin.



Reklam
Xəbər lenti
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
19 01 2018
19 01 2018
19 01 2018
19 01 2018
19 01 2018
19 01 2018
19 01 2018
19 01 2018
19 01 2018
19 01 2018
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı