Ana səhifə Siyasət Sosial Hadisə İqtisadiyyat Dünya Gündəm Mədəniyyət Maqazin İdman Müsahibə Cəmiyyət Sağlamlıq

İqtisadiyyat, Slayd (1-12-2017, 12:40)
200 dollar “şapka”, 20 min dollar zərər: Azərbaycanda bank sistemi

200 dollar “şapka”, 20 min dollar zərər: Azərbaycanda bank sistemi

Manatın iki kəskin devalvasiyasından sonra banklar acınacaqlı durumla üz-üzə qaldı.Bankların əksəriyyətinin kreditə yönəldiyi aktivləri problemə çevrildi.Bu gün problemli kreditlərin həcmi sürətlə artır.Son məlumatlara görə artıq banklar üzrə problemli kreditlərin ümumi həcmi 2 milyard manatdan yuxarıdır.Problemlər dərinləşdikcə bankların maliyyə durumu zəifləyir və bu da iqtisadi aktivliyə ciddi zərbə vurur.Məlumdur ki, biznes mühiti birbaşa olaraq bankların verdiyi kreditlər hesabına formalaşır.

Bu günlərdə isə bankların yaydığı məlumatlardan bəlli olur ki, 4 bankın ümumi kredit portfeli 1 milyard manatdan yuxarıdır.Əgər problemli kreditlər sürətlə artırsa, bankların maliyyə durumu acınacaqlı vəziyyətdədirsə və ən əsası banklar hələ də itirdikləri inamı bərpa edə bilməyiblərsə kredit protfeli necə sürətlə artır?Maraqlıdır, banklar böhrandan çıxdımı?

İqtisadçı-ekspert Fuad İbrahimov “Cümhuriyət” qəzetinə şərhində deyib ki, bu məsələyə diferensial qaydada yanaşmaq lazımdır:

“Bir neçə bankın kredit portfelinin bu qədər olması mümkündür. Hökumət də bunu təsdiqlədi ki, 2015-ci ildən başlayan iqtisadi tənəzzül bank sisteminə də toxundu.Bu da labüddü, olmalı idi.Əslində proseslər iqtisadi nəzəriyyənin prinsiplərinə uyğun gedirdi və qeyri-adi heç nə baş vermədi. Bu proses istənilən ölkədə getsəydi, bank sisteminə toxunacaqdı və tarixən də bu belə olub. İndi problemli kreditlərin artdığı, bankların vəziyyətinin son dərəcə ağır olduğu dövrdə bir neçə bankın kredit portfeli milyard manatı keçib.Hər dövrün öz tələbləri var. Təəssüflər olsun ki, bir çox iqtisadçılar öz araşdırmalarında nəzərə almırlar ki, məhz tənəzzül dövrünün öz biznes mühiti var. Yəni, tənəzzül dövründən xüsusi bacarığı olan sahibkarlar çox məharətlə istifadə edə bilirlər.Bundan istifadə etməklə də böyük həcmdə vəsait qazana bilirlər.Hesab edirəm ki, ancaq bu qəbildən olan investisya portfelinə yatırım etmək olar”.

Ekspert əlavə edib ki, biznes mühiti boşalıb. Bir çox iştirakçılar bazardan kənarlaşıb ki, müflisləşməni daha da dərinləşdirməsin:

“Belə bir vəziyyətdə banklar müştəri qrupunu əldə edə bilər və bu cür kredit portfelinin də mövcudluğu məhz bununla bağlıdır. Bu mühitdən istifadə edib biznesini genişləndirmək üçün kredit götürmək arzusunda olan sahibkarlar ola bilər. Yəni, bu anormal hal deyil”.

Bankların normal fəaliyyət göstərməsinə gəlincə isə Fuad İbrahimov hesab edir ki, bunun məsələyə heç bir aidiyyatı yoxdur:

“Makroiqtisadi səviyyədə tarazlığın pozulması öz qüvvəsini saxlayır. Portfelində passivlərinin həcmi normadan artıq olan banklar şübhəsiz ki, vəziyyətdən çıxmaq üçün çabalayır.Vəziyyətdən çıxmaq isə mümkün deyil.Çünki qapanmış dairədədir.Nə aktivlərini dirildə bilir, nə ala bilir, nə də aktivləri borc şəklində götürənlər qaytara bilir.Eyni zamanda da üçünçü iştirakçı olan hökumət də heç bir müdaxilə etmir.Bu gün əksər maliyyə, bank sistemi bu vəziyyətdədir.Ona görə də kredit portfelinin artmasına yalnız diferensial qaydada baxmaq olar.Çünki bir çox banklar var ki, böhran dövründən öncəki dollar kreditinin verilməsi aventurasında iştirak etməyib.Elə banklar var ki, ümumiyyətlə, bu prosesdə iştirak etməyiblər ki, dollar kreditlərini necə gəldi paylasınlar. Nə var ki, 200 dollar “şapka” alıb bu gün 20 min dollar itirən banklar var. Bu gün də o banklar bunun əziyyətini çəkirlər. Ancaq bəzi banklar institutsianal dəyərlərə üstünlük verib bank sistemini idarə ediblər.Çünki onların rəhbərləri sağlam fikirli insanlardır”.



Reklam
Xəbər lenti
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
14 12 2017
14 12 2017
14 12 2017
14 12 2017
14 12 2017
14 12 2017
14 12 2017
14 12 2017
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı