Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (6-11-2017, 14:00)
Bağlanan bankların əmanətçilərinə bu qədər pul qaytarılıb

Bağlanan bankların əmanətçilərinə bu qədər pul qaytarılıb

 

Ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 3 mln. 550 min manat olmaqla, onlardan 3 mln. 230 min manatı qorunan əmanətlər, o cümlədən 2 mln. 99 min manatı kompensasiya olunan əmanətlərdir. 3 noyabr 2017-ci il tarixinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 1 mln. 837 min manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 87,5 %-i) və 262 min 485 manat ödənilməmiş  kompensasiya öhdəliyi qalıb.

Mediatv.az Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatıb və bu tarixədək “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 191 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 04 fevral 2017-ci il tarixində başa çatıb və bu tarixədək “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min 441 manat (ümumi kompensasiya öhdəliyinin 94 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə  120  mln. 408 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Parabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 01 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 mln. 222 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,5 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 01 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 72 mln. 196 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,3 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Kredobank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 01 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 mln. 914 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,9 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Dekabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 01 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Dekabank” ASC-nin qorunan əmanətçilərinə 3  mln. 88 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,7 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Atrabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 22 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14  mln. 352 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı”  ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət  22 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Qafqaz İnkişaf Bankı”  ASC-nin qorunan əmanətçilərinə 2 mln. 4 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 95,8 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət  10 oktyabr 2017-ci il tarixində başa çatıb. Ümumilikdə QSC “Bank Standard” KB-nın qorunan əmanətçilərinə 437 mln. 745 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,2 %-i) kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 11 bank üzrə 747 mln. 938 min manatdan artıq kompensasiya ödənilib.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024