Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (23-10-2017, 15:00)
Azərbaycanda avtodayanacaq hərraca çıxarıldı

Azərbaycanda avtodayanacaq hərraca çıxarıldı

 

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) noyabrın 21-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirəcək.

Mediatv.az Komitəyə istinadən xəbər verir ki, hərraca 25-i səhmdar cəmiyyəti, 43-ü kiçik dövlət müəssisə və obyekti, 75-i istifadəsiz qeyri-yaşayış sahəsi, 19-u isə nəqliyyat vasitəsi olmaqla, ümumilikdə 162 dövlət əmlakı çıxarılıb.

Əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür:

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2804

Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Bu əmlaklar Bakı, Gəncə, Şəmkir, İmişli, Yardımlı, Lənkəran, Neftçala və digər bölgələrdə yerləşir. Onların arasında Sumqayıtda yerləşən 22 saylı mağaza, Qazaxda yerləşən yun tədarükü və qəbulu idarəsi, Gəncədə yerləşən 3 saylı avtodayanacaq kimi iri dövlət əmlakları var.

Hərraca çıxarılan kiçik dövlət müəssisələrinin 6-sı sənaye, 15-i xidmət, 10-a yaxını iaşə, qalanları isə digər sahələrə aiddir. Fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Qazax ərazi yun tədarükü və qəbulu idarəsini nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün sənaye sahəsində yaxşı qazanc deməkdir. Belə müəssisələrin fəaliyyətinin yenidən bərpası tekstil sahəsinin genişlənməsinə, daxili geyim tələbatımızın ödənilməsinə imkan yaradır.

Bundan başqa, Bakının Sabunçu rayonunda yerləşən kafeteriya da xidmət sahəsində investorlar üçün gəlirli obyektdir. Adıçəkilən əmlakın digər üstünlüyü torpaq sahəsi ilə birgə özəlləşdirilməsidir.

Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 57-si paytaxtda, qalanları isə Sumqayıt şəhərində, Abşeron, Gədəbəy, Ağdaş rayonlarında yerləşir. Özəlləşdirilməyə açıq elan edilmiş belə əmlakların sahəsi 10 kv.m ilə 287 kv.m arasında dəyişir.

Özəlləşdiriləcək səhmdar cəmiyyətləri isə məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Salyan broyler”, “Qax Taxıl”, “Zərdab Aqrotexservis”, “Bərəkət”, “Ağdaş Quşçuluq”, “Yevlax Yük Avtonəqliyyat”, “Cəlilabad Məişət” kimi ASC-lər var.

Müxtəlif markalı nəqliyyat vasitələri də özəlləşdirilməyə çıxarılıb. Onların əksəriyyəti kənd təsərrüfatı texnikasıdır. Həmin texnikaların istehsal tarixi 2005-2006-cı illəri əhatə edir. 

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024