Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (16-10-2017, 12:14)
ABŞ-la Azərbaycan arasında ticarət dövriyyəsi açıqlandı

ABŞ-la Azərbaycan arasında ticarət dövriyyəsi açıqlandı

 

"2017-ci ilin 8 ayı ərzində Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsi 7% artaraq, 416 milyon dollara çatıb".

Mediatv.az  APA-ya istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev Bakıda keçirilən Azərbaycan - ABŞ biznes forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında əlaqələr 25 illik tarixə malikdir: "Bu əlaqələr müxtəlif istiqamətlərdə hər zaman dinamik inkişaf edib. Həm enerji, həm də iqtisadiyyatın digər sahələri çərçivəsində mühüm əməkdaşlıq mövcuddur. İnvestisiya əməkdaşlığımız geniş spektrə malikdir. Bu gün ABŞ-ın Azərbaycana yatırdığı investisiyaların həcmi 13 mlrd. dollara yaxınlaşır. Azərbaycanın da ABŞ-a əhəmiyyətli investisiyaları mövcuddur. Xüsusilə, Azərbaycan Dövlət Neft Fondunun investisiyalarını vurğulamaq lazımdır".

Nazir müavini bildirib ki, bu gün Azərbaycanda 235 ABŞ şirkəti fəaliyyət göstərir: "Bu gün dünyada Azərbaycanın kənd təsərrüfatı məhsullarına böyük tələbat var. Bu istiqamətdə potensialımızı genişləndirə biləcəyik və amerikalı tərəfdaşlarımızı bu işə dəvət edirik".

Azərbaycan - ABŞ biznes forumunda sənaye, kənd təsərrüfatı, turizm, logistika və digər sahələrdən olan 150-dən artıq sahibkar iştirak edib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024