Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (12-10-2017, 11:47)
Vahid Əhmədov: İnsanlar kreditləri qaytara bilmir

Vahid Əhmədov: İnsanlar kreditləri qaytara bilmir

 

"Milli Məclisin ya komitə, ya da plenar iclasında bank rəhbərləri ilə görüşlər keçirmək lazımdır".

Mediatv.az Report-a istinadən xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü Vahid Əhmədov deyib. 

"Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılanda ümid edirdik ki, bu qurum müyyən sağlamlaşdırma işləri həyata keçirir. Təəssüf ki, bunun şahidi olmadıq. Problemli kreditlər artıb. Bu, Azərbaycanın maliyyə bazarı üçün ciddi prosesdir. Bank sistemində problemlər iqtisadiyyatın inkişafını əngəlləyir. Bank rəhbərləri ilə Milli Məclisdə görüş keçirilməsini təklif edirəm. Müəyyən təkliflərimiz var ki, biz onları bank rəhbərləri ilə müzakirə etməliyik. Bu məsələləri gündəliyə gətirib, müzakirə etməyə ehtiyac var. Faizlər yüksəkdir. İnsanlar kreditləri qaytara bilmir", - deyə o, qeyd edib. 

Millət vəkili Rəqabət Məcəlləsi və təhsil kreditləri ilə bağlı qanun layihələrinin Milli Məclisin payız sessiyasının gündəliyinə salınmasını təklif edib: "Rəqabət Məcəlləsi qəbul edə bilmirik. Bu, kiçik və orta sahibkarlığın inkişafı üçün əhəmyiyyət kəsb edir. Təklif edirəm ki, bu məsələ payız sessiyasının gündəliyinə salınsın və qəbul edilsin. Bundan başqa, təhsil kreditləri ilə bağlı çoxlu müraciətlər var. Ali məktəblərə qəbul olunanlar təhsilini davam etdirə bilmirlər. Bununla bağlı qanun layihəsi vermişik. Təəssüf ki, layihə gündəliyə salınmır. Bu məsələnin gündəliyə salnmasını təklif edirəm".

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024