Ana səhifə Siyasət Sosial Hadisə İqtisadiyyat Dünya Gündəm Mədəniyyət Maqazin İdman Müsahibə Cəmiyyət Sağlamlıq

İqtisadiyyat, Müsahibə (25-07-2017, 11:23)
Yayda ən gəlirli biznes sahələri - Bizdə və Türkiyədə

Yayda ən gəlirli biznes sahələri - Bizdə və Türkiyədə

 

Dünya bazarında yay biznesi adlandırılan bir çox sahələr var ki, işbazlar və biznesmenlər 3-4 ay onunla məşğul olub, böyük pullar qazanırlar. Burada isə ölkələrin iqtisadi və turizm imkanları, eləcə də, digər faktorlar “ən gəlirli biznes” anlayışının şərtlərini dəyişir.

Oxu.Az xəbər verir ki, iqtisadçı-ekspert Vüqar Bayramov İnterAz-amüsahibəsində yay biznesinin ən gəlirli sahələrindən danışıb. Ekspert bildirib ki, yay fəslinin ən gəlirli sahələrinə liderliyi, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da məhz turizm sektoru edir. Bu sahə digər fəsillərlə müqayisədə yayda ən yüksək gəlir gətirən sahəyə çevrilir: “Yayda ən gəlirli sahə turizmdir. Çünki məhz yayda, demək olar ki, hamı istirahətə gedir və yaxud ölkəyə gəlir. Digər sahə isə, hesab edirəm ki, nəqliyyatdır. Turizmlə yanaşı, bir çox xidmət sektorlarında da, xüsusən də, kafe, restoranların da gəlirlərinin artması müşahidə edilir. Burada turizmlə əlaqəli olduğundan yayda yüksək gəlir əldə olunur.

Ekspert yay mövsümünə xas olan spesifik sahələr olduğunu da qeyd edir. Onun sözlərinə görə konkret mövsümlə bağlı dondurma, sərinləşdirici içiklər, eləcə də, fəsilə uyğun olaraq böcəklər və ağcaqanad dərmanları satışı ilə yaxşı gəlir əldə etmək mümkündür: “Yayda yüksək gəlir gətirən xidmət sektorundan başqa bir sıra ərzaq məhsullarına da tələbatın artması bu məhsul satışını gəlirli biznes sahələri edir. Bunlar arasında buz, dondurma, meyvə şirələri biznesi xüsusi yer tutur. Qeyd edim ki, digər ölkələrlə müayisədə ət məhsullarına tələbat Azərbaycanda heç də azalmır. Əsasən də, kabab üçün təzə ət məhsullarına tələbat artdığından bu biznes sahəsi də yaxşı gəlir gətirir”.

Müqayisə üçün bildirək ki, yay aylarında Türkiyədə buz və dondurma satışı da artır. Türkiyəli mütəxəssislərin hesablamasına görə, hətta gündəlik 200 ədəd dondurma satışı nəticəsində 3 min manata yaxın gəlir əldə etmək mümkündür.

Bunlarla yanaşı, qardaş Türkiyədə xeyli populyar olan bir biznes növü də dəniz biznesidir ki, buraya daxil olan yaxta kirayəsi külli miqdarda pul deməkdir. Çünki yaxta hotellərdən bezib, bir yerdə yay tətilini keçirmək istəməyən turistlərə alternativ tətil variantıdır. Yaxtalar turistlərlə yanaşı, toy, nişan, şirkət yeməkləri kimi tədbirlər üçün də kirayələnir. Yaxtaların bir günlük kirayəsi isə 200 avrodan başlanır. Yaxtanın ölçüsü və içindəki bəzi atributlara görə 2 min avroya qədər arta bilər.

Gəlir faizi yüksək olan bir başqa yay biznesi də yay aksessuarlarının satışıdır. Məsələn, Türkiyədə yay aksessuarlarının illik bazarı 250 milyon manatdır. Çimərlik geyimlərindən tutmuş, çimərlik çantasına, başmaqlara, eynəyə qədər bir çox aksessuarlar yayda “yağ” kimi satılır.

Digər sahə isə ev alqı-satqısı ilə məşğul olmaqdır. Bağların və villaların kirayəsi ilə də yüksək qazanc əldə etmək mümkündür.



Reklam
Xəbər lenti
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı