Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (30-06-2017, 13:36)
Samir Şərifov büdcəyə edilən dəyişikliklərdən danışdı

Samir Şərifov büdcəyə edilən dəyişikliklərdən danışdı

 

“Büdcə təşkilatlarının büdcədənkənar gəlir və xərclərinin artırılması üçün yenidən baxılacaq dövlət büdcəsində əlavə 76,0 mln. manat (Vergilər Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər təşkilatlar üzrə) vəsait nəzərdə tutulur”.

Mediatv.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deyib. 

O əlavə edib ki, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan protokolların, qərarların (qərardadların) hazırlanması və çapı ilə bağlı xərclər üçün ilk dəfə olaraq dövlət büdcəsində 2,5 mln. manat vəsait nəzərdə tutulur.

2017-ci ildə yenidən baxılacaq dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 647,0 mln. manat və ya təsdiq olunmuş göstəriciyə nisbətən 26,7 mln. manat (4,3%) çox proqnozlaşdırılır.

2017-ci ildə yenidən baxılacaq dövlət büdcəsinin yerli xərcləri 721,2 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 32,5 mln. manat və ya 4,7% çoxdur.

2017-ci ildə yerli gəlir və xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan 74,2 mln. manat maliyyə yardımının (dotasiyanın) yerli xərclərin (721,2 mln. manat) tərkibində xüsusi çəkisi 10,3% təşkil ediləcək.

Xərclərin artırılmasının əsas səbəbi dövlətə məxsus uşaq bağçalarının saxlanılması xərclərinin tənzimlənməsi, həmçinin şəhər və rayonlarda yeni tikilmiş uşaq bağçalarının istismara verilməsi üçün maliyyə təminatının yaradılması ilə bağlı olmalıdır.

2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin kəsiri təsdiq edilmiş olunmuş göstəriciyə nisbətən 530,0 mln. manat artırılaraq 1175,0 mln. manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ilin sonuna gözlənilən ümumi daxili məhsulun 1,8%-nə bərabər olacaq. Kəsirin yuxarıda qeyd olunan dövlət büdcəsinin 2017-ci il 1 yanvar tarixinə mövcud olan vahid xəzinə hesabının qalığı hesabına örtüləcək.  

Yenidən baxılacaq 2017-ci ilin icmal büdcəsinin gəlir və xərclərində də müvafiq dəyişikliklər ediləcək. Belə ki, icmal büdcənin gəlirləri 22 mlrd. 840,9 mln. manat olmaqla təsdiq edilmiş göstəriciyə nisbətən 2 mlrd. 820,2 mln. manat və ya 14,1% artacaq. Artımın 2 mlrd. 307 mln. manatını və ya 81,8%-ni Dövlət Neft Fondunun gəlirləri (neftin bir barelinin dövlət büdcəsinin hesablanmalarında istifadə olunmuş qiymətlərin cari ilin ötən dörd ayı ərzində 35%-dən çox artması (40 ABŞ dollarından 54,3 ABŞ dollarınadək) nəticəsində Dövlət Neft Fondu tərəfindən əldə olunan 2,3 mlrd. manat əlavə gəlirləri, 511 mln. manatını və ya 18,1%-ni dövlət büdcəsinin gəlirləri, 2,1 mln. manatını və ya 0,1%-ni Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri təşkil edəcək.

İcmal büdcənin xərcləri təsdiq edilmiş göstəricilərə nisbətən 3,7% və ya 1 mlrd. 51 mln. manat artırılaraq 29 mlrd. 818,2 mln. manat səviyyəsində proqnozlaşdırılır.

Yenidən baxılma ilə icmal büdcənin kəsiri 6 mlrd. 977,3 mln. manat olacaq ki, bu da təsdiq olunmuş göstəricilərə nisbətən 1 mlrd. 769,2 mln. manat və ya 20,2 faiz azdır.

İcmal büdcənin kəsirinin gözlənilən ümumi daxili məhsulda xüsusi çəkisi 10,5% olacaq ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2,7 faiz-bənd azdır.

Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri 17 mlrd. 654,9 mln. manat olmaqla, gözlənilən ümumi daxili məhsulda xüsusi çəkisi 26,5% təşkil edəcək.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024