Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (18-07-2017, 10:30)
Hökumət Əmanətlərin Sığortalanması Fonduna yarım milyard manat vəsait verir

Hökumət Əmanətlərin Sığortalanması Fonduna yarım milyard manat vəsait verir

 

2017-ci ildə Azərbaycan hökuməti Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) nizamnamə kapitalının ödənişinə 546 mln. manat məbləğində vəsait yönəltməyi planlaşdırır.

Mediatv.az  İnterfaks-a istinadən xəbər verir ki, ADIF-in kapitalına ödəniş iyunun 30-da parlamentin plenar iclasında baxılacaq 2017-ci il dövlət büdcəsinə dəyişikliklər layihəsində nəzərdə tutulub.

Hökümətdən verilən məlumata görə, bu vəsait bağlanan 11 bankın əmanətçilərinə kompensasiyaların ödənişi üçün cəlb olunan vəsaitin qaytarılması məqsədilə sərf olunacaq.

Qeyd edək ki, bir qədər əvvəl fondun icraçı direktoru Azad Cavadov  2017-ci ilin fevral ayında hökumətin fondun kapitalına 10 illik müddətə faizsiz əsasda 800 mln. manat məbləğində veksel daxil etdiyini demişdi. Beləliklə, fondunun nizamnamə kapitalı 800 mln. manat təşkil edir.

“İstənilən zaman hökumətə müraciət edərək bu məbləği nağdlaşdıra bilərik”, - deyə A.Cavadov bildirib.

Ötən il Fond AMB-dən 4 il müddətinə illik 7% dərəcə ilə 100 mln. manat və 10 il müddətinə illik 0,15% dərəcə ilə 445 mln. manat cəlb edib. Bu vəsait 2016-cı ildə bağlanan bankların əmanətçilərinə kompensasiyaların ödənişi məqsədilə cəlb olunub.

Sonra hökumət 520 mln. manat ümumi məbləğdə kreditləri təkrar strukturlaşdırıb. Həmin kreditləri 10 il müddətinə ödəmək şərti ilə faizsiz əsasa çevirib. Qalan 25 mln. manat məbləğində kredit 10 il müddətinə 0,15% dərəcə ilə ödəniləcək.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024