Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (16-06-2017, 10:53)
Aldığımız ərzaq məhsullarının təzə, yaxud köhnə olduğunu necə bilmək olar?

Aldığımız ərzaq məhsullarının təzə, yaxud köhnə olduğunu necə bilmək olar?

 

Gündəlik üz tutduğumuz marketlərdə və bazarlarda aldanmamaq, keyfiyyətli, köhnə olmayan məhsullar almaq üçün bir neçə sadə qaydanı bilmək kifayətdir. 

Mediatv.az Modern.az-a istinadən xəbər verir ki, istehlakçı pulunu təzə, keyfiyyətini itirməmiş qida məhsullarına sərf etmək istəyirsə, aşağıdakıları bilməlidir:

Yumurtanın təzə və ya köhnə olduğunu bilmək üçün onu su doldurulmuş qabın içərisinə qoyun. Əgər yumurta su doldurulmuş qabın dibində qalırsa, deməli, təzədir, yox, əgər suyun üzərinə çıxırsa, demək, köhnə yumurtadır.

Yumurtanın qabığının səthi hamar, rəngi parlaq olmalıdır. Qabığın üzərində çətinliklə görünəcək qara ləkələr varsa, bu onun köhnə olmağına işarədir.

Yumurta alarkən onu düz səth üzərində saat əqrəbi istiqamətində farladın. Yumurta fırlanmırsa, təzədir, əgər az da olsa, fırlanırsa, demək, artıq köhnəlib.

Mal əti alarkən onun təzə olmağını bilmək üçün ilk növbədə rənginə diqqət yetirin. Təzə ətin rəngi solğun qırmızıya çalmalıdır.

Ətin təzə olduğunu müəyyənləşdirmək üçün ən asan üsullardan biri odur ki, barmaqla ətin üzərindən basmaq lazımdır. Əmələ gəlmiş çuxur həmin anda yerinə qayıdırsa, deməli, ət təzədir. Əgər barmağınızın basıldığı yer əvvəlki vəziyyətinə qayıtmırsa, yaxud gec qayıdırsa, bu, ətin köhnə olduğundan xəbər verir.

Ətin kəsilmiş hissəsi parlaq olmalıdır, piy hissəsi ağ və ya sarımtıl rəngə çalmalıdır.

Kəsmik alarkən ilk növbədə onun rənginə fikir verin. Təzə və təbii kəsmiyin rəngi ağ olmalıdır. Əgər aldığınız bu qida məhsulunun rənginin sarıya, yaxud açıq göy rəngə çaldığını görsəniz, belə kəsmikdən imtina edin. Kəsmiyin bu rənglərdə olması onun köhnə, keyfiyyətsiz olması deməkdir.

Kəsmiyin çox cüzi şəkildə turş qoxusu olmalıdır. Ancaq bu qoxunu bütövlükdə turşumuş məhsulun qoxusu ilə səhv salmaq olmaz.

Kəsmiyin dadı da azacıq turş olmalıdır. Əgər kəsmik şirin dadırsa, demək, ona şəkər qatılıb. Bunu satıcılar, adətən, saxlama müddəti keçmiş və turşumuş kəsmiyə əlavə edirlər ki, alıcı onun köhnə və keyfiyyətsiz olmasını hiss etməsin.

Kök seçərkən diqqət yetirin ki, onun səthi hamar və bərk olsun. Əgər kökün üstü nahamardırsa və çıxıntılar çoxdursa, demək, tərəvəzin tərkibində nitratın səviyyəsi artıqdır.

Daha çox açıq və parlaq narıncı rəngdə olan kök almağa üstünlük verin. Narıncı rəng A vitamini üçün xarakterik rəng sayılır. Aldığınız kökün rəngi nə qədər parlaq və açıq narıncı olacaqsa, bu tərəvəzdən bir o qədər  artıq fayda görəcəksiniz.

Qarpız alarkən onun orqanizm üçün təhlükəsiz olduğunu bilmək istəyirsinizsə, üzərindəki naxışlara nəzər yetirin. Naxışlar aydındırsa, bu, qarpızın keyfiyyətinin yaxşı olmasından xəbər verir.

Qarpızın saplağı quru olmalıdır. Saplaq yaşdırsa, demək, o, vaxtından əvvəl dərilib.

Qarpızın tərkibində olan nitratın səviyyəsini kəsdikdən sonra bilmək olar. Əgər ağ və sarımtıl zoğlar çoxdursa, demək, nitratın səviyyəsi də artıqdır.

Ən sadə üsullardan biri qarpızı bötöv halda suya atmaqdır. Suyun üzərində qalan qarpız onun keyfiyyətindən, suda batan qarpız isə keyfiyyətsizliyindən xəbər verir.

Gündəlik qida rasionumuza daxil etdiyimiz kartofu alarkən diqqət yetirilməlidir ki, o, quru, cücərməmiş və zədəsiz olsun. Kartofun səthi hamar, rəngi parlaq olmalıdır.

Əgər kartofun üzərində göy və yaşıla çalan ləkələr varsa, təsəvvür edin ki, pulunuzu zəhərə xərcləyirsininz. Belə kartofdan istifadə etmək qəti yolverilməzdir.

Nəzərə alın ki, insan sağlamlığı onun qəbul etdiyi qida məhsullarından çox asılıdır. Buna görə də çalışın ki, pulunuzu keyfiyyətli, sağlamlığınıza fayda verəcək qidalara sərf edəsiniz.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024