Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (11-07-2017, 14:07)
Samir Şərifov: Beynəlxalq Bankla bağlı vəziyyət gələn ay məlum olacaq

Samir Şərifov: Beynəlxalq Bankla bağlı vəziyyət gələn ay məlum olacaq

 

“İyulun ortalarına qədər Azərbaycan Beynəlxalq Bankın xarici öhdəliklərinin könüllü restrukturizasiyası planının xarici kreditorların qəbulu ilə bağlı vəziyyət aydınlaşacaq.

Gələn ayın ortalarına qədər vəziyyət aydın olacaq. İctimaiyyəti danışıqlar barədə məlumatlandırmışıq. Bundan başqa hələlik heç nə deyə bilmərəm”, - deyə maliyyə naziri Samir Şərifov vurğulayıb.

Mediatv.az bu barədə İnterfaks Azərbaycan-a istinadən xəbər verir.

Qeyd edək ki, ABB mayın 11-də xarici borc üzrə ödənişləri dayandırması və investorlara öz borclarının bir hissəsini Azərbaycanın suveren istiqrazlarına dəyişdirməyi təklif edəcəyi barədə məlumat yayıb. Bank 3,34 mlrd. dollar məbləğində öhdəlikləri restrukturizasiya etməyi planlaşdırır.

Öhdəliklərin könüllü restrukturizasiyası çərçivəsində “Banklar haqqında” qanuna müvafiq qaydada müəyyən maliyyə institutlarından cəlb olunmuş xarici valyutada borcların birbaşa dövlətə ötürülməsi planlaşdırılır.

Restrukturizasiya planının xarici kreditorların yığıncağında onların ən azı 2/3 hissəsinin razılığı əsasında həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan hökuməti Azərbaycan Beynəlxalq Bankı (ABB) ASC tərəfindən borcların dövlətə ötürülməsi prosesi yekunlaşanadək xarici kreditorlardan xarici valyutada cəlb olunmuş öhdəliklərin (ticarətin maliyyələşdirilməsi əqdləri üzrə faiz ödənişləri istisna olmaqla) icrasını dayandırır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024