Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (18-05-2017, 12:53)
Sement istehsalçısı “Holcim (Azerbaijan)” 27 milyon manat zərərdə

Sement istehsalçısı “Holcim (Azerbaijan)” 27 milyon manat zərərdə

 

“Holcim (Azerbaijan)” ASC-nin aktivləri bu il yanvarın 1-nə 342 mln. 561 min manat təşkil edib.

Mediatv.az-ın məlumatına görə, “Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin yanvarın 1-i ilə müqayisədə 5,6% azdır.

Ötən il “Holcim (Azerbaijan)”ın cəmi kapitalı 18,2% azalaraq 121 mln. 169 min manat, cəmi öhdəlikləri isə 3,8% azalaraq 41 mln.188 min manata düşüb.

2016-cı ildə şirkətin gəlirləri 77 mln. 955 min manat (2015-ci ilə nisbətən 7,9% az), xərcləri isə 111 mln. 203 min manat (46,5% az) təşkil edib. 

Son nəticədə sement istehsalçısının vergidən əvvəlki zərəri 33 mln. 248 min manat olub ki, bu da illik müqayisədə 73% azdır.

“Holcim (Azerbaijan)” mənfəət vergisi xərclərinə 6 mln. 24 min manat qənaət edib və ötən ili 27 mln. 8 min manat xalis zərərlə başa vurub.

Xatırladaq ki, “Holcim (Azerbaijan)” 2000-ci ildə yaradılıb və Azərbaycanın ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31 mln. 813 min manatdır. Şirkətin səhmlərinin 76%-i İsveçrənin “Lafarge Holcim” və “Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 66% və 10%), 10%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 14%-i isə fiziki şəxslərə məxsusdur.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024