Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (12-06-2017, 15:45)
“Moody`s” Azərbaycana dair proqnoz verib

“Moody`s” Azərbaycana dair proqnoz verib

 

“Moody`s” beynəlxalq reytinq agentliyi 2017-ci il üzrə icmal büdcəsinin defisitinin (kəsir) ÜDM-in 1,5%-nə bərabər olacağını proqnozlaşdırır. 

Mediatv.az APA-ya istinadən xəbər verir ki, bu barədə agentliyin yaydığı məlumatda deyilir.

“Moody`s” ekspertlərinin fikrincə, 2018-ci ildə icmal büdcə profisitilə icra olunacaq. 2018-ci ilin yekunlarına əsasən, icmal büdcənin profisiti ÜDM-in 2,9%-nə bərabər olacaq.

Sərt büdcə siyasətinə toxunan mütəxəssislər hesab edir ki, Azərbaycan hökumətinin bu addımları maliyyə dayanıqlılığının artırılmasına hesablanıb.

Bununla yanaşı, “Moody`s” 2017-ci ildə dövlət borcunun artaraq ÜDM-in 41,6%-nə bərabər olacağını proqnozlaşdırır. Buna baxmayaraq, 2018-ci ildə bu göstərici 40%-dək azalacaq.
 
“2016-cı ilin sonuna Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (SOFAZ) aktivlərinin 1,3% azalaraq 33,1 mlrd. dollara çatmasına baxmayaraq, Neft Fondunun aktivləri olduqca yüksək səviyyədə qalmaqdadır və bu amil hökumətə əminlik verir. Belə ki, SOFAZ-ın aktivləri dövlət borcunu 3 dəfə üstələyir.

Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları martda 4,4 mlrd. dollaradək artıb ki, bu da son 15 ay ərzində ən yüksək göstəricidir. Buna baxmayaraq, AMB-nin ehtiyatları tarixi maksimumlardan olduqca aşağıdır. 

Lakin yanvar ayında hökumət Neft Fondundan AMB-yə 7,5 mlrd. manatlıq transfertin həyata keçiriləcəyini elan edib ki, bu addımın əsas məqsədlərindən biri valyuta ehtiyatlarının artırılmasıdır. 

Mart ayında illik inflyasiya 14,5%-ə çatıb ki, bu da 2016-cı ilin noyabr ayında qeydə alınan maksimumdan bir qədər aşağıdır. 2015-ci ilin sonunda və 2016-cı ildə manatın məzənnəsinin zəif olması inflyasiyanın sürətlənməsinə səbəb olub. Lakin manatın bahalaşması təzyiqi bir qədər azaldıb. 

Manatın möhkəmlənməsinin davam etməsi il ərzində inflyasiyanı bir qədər də zəiflədə bilər”, - deyə məlumatda vurğulanıb.

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024