Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (28-05-2017, 23:49)
BMT-dən Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnoz

BMT-dən Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnoz

 

BMT-nin İqtisadi-sosial komissiyası ortamüddətli dövrdə Azərbaycanda iqtisadi artımın müsbət dinamika nümayiş etdirəcəyini proqnozlaşdırır.

Mediatv.az-ın məlumatına görə, APA komissiyanın hesabatına istinadən xəbər verir ki, BMT 2017-ci ildə Azərbaycanda ümumi daxili məhsul istehsalının 0,2%, 2018-ci ildə isə 1,2% artacağını güman edir.

Komissiyanın ekspertləri hesab edir ki, iqtisadi artım inflyasiyanın azalması ilə müşahidə olunacaq: “Lakin 2017 və 2018-ci illər üçün müvafiq olaraq proqnozlaşdırılan 7,9% və 5,8% göstəriciləri sonuncu dəfə nəzərdə tutulan rəqəmdən daha yüksəkdir”.

Ekspertlərin proqnozuna əsasən, dünya bazarlarında neftin bahalaşması ölkənin iqtisadi vəziyyətin yaxşılaşmasına səbəb olacaq. Buna baxmayaraq, BMT-nin ekspertləri hesab edirlər ki, ölkədə fiskal gərginlik qeyri-neft sektorundakı iqtisadi aktivliyi azalda bilər.

“Ümumilikdə, bazarın zəif inkişafı və makroiqtisadi siyasətin əlverişliliyinin məhdud olması iqtisadiyyatın şoklara davamlılığını azaltmaqda davam edir”, - deyə hesabatda qeyd olunub.

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024