Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (2-06-2017, 13:15)
SOCAR rəsmisi: İtkilərimiz normadan aşağıdır

SOCAR rəsmisi: İtkilərimiz normadan aşağıdır

 

“Azərbaycanın magistral qaz kəmərlərində texniki itki normadan da aşağıdır”.

Mediatv.az Report-a istinadən xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin rəis müavini Nazim Səmədzadə bildirib.

Onun sözlərinə görə, xarici ölkələrin magistral qaz kəmərlərində texniki itki 1%-ə qədərdir, Azərbaycanda isə bu göstərici 0,5%-dən də aşağıdır: “Adamabaşına təbii qaz istehlakı ilə bağlı hesablama aparsaq, digər ölkələrdən yüksək rəqəm alarıq”.

O, Gürcüstana təbii qaz nəqlindən də danışaraq qeyd edib ki, SOCAR Gürcüstana gündəlik 7 mln. kubmetr təbii qaz nəql edir: “2016-cı ildə daxili imkanlar hesabına Hacıqabul-Qazax-Qardabani qaz kəmərində müəyyən təmir işləri aparılıb.

Kəmərin gündəlik ötürücülük gücünü 10 mln. kubmetrə çatdırdıq. Bu kəmərlə 3 mln. kubmetr əlavə təbii qaz nəql etmək imkanımız var. Rahat şəkildə bu həcmi verə bilərik”.

N.Səmədzadə qeyd edib ki, İrandan gündəlik 8 mln. kubmetr təbii qaz qəbul edilib: “Bunun 7 mln. kubmetrini Astara-Hacıqabul, 1 mln. kubmetrini isə Xoy-Culfa (Naxçıvan Muxtar Respublikası) qəbul etmək gücündədir. 

Azərbaycan tərəfi İrandan bu həcmin qəbulunu yoxlayıb. Astarada kompressor vasitəsilə təzyiqi qaldırıb təbii qazı İrana ötürürük. 

Kompressor vasitəsilə təzyiqi qaldıraraq İrana maksimum gündəlik 3,2 mln. kubmetr təbii qaz vermək imkanımız olub”.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024