Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (21-04-2017, 12:01)
Dünya Bankı Azərbaycanda inflyasiyaya dair proqnoz verdi

Dünya Bankı Azərbaycanda inflyasiyaya dair proqnoz verdi

 

Dünya Bankı (DB) 2017-ci ildə Azərbaycanda orta illik inflyasiyanın 5%-dək azalacağını proqnozlaşdırır. 

Mediatv.az-ın məlumatına görə, APA “Interfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə DB-nin yenilənmiş “Azerbaijan Partnership Program Snapshot” hesabatında deyilir.

2016-cı ildə Azərbaycanda orta illik inflyasiya 12,6% təşkil edib.

DB bildirir ki, bu il orta illik inflyasiyanın azalmasına bazardakı məhdud likvidlik səbəb olacaq.

“Neftin bahalaşmasına baxmayaraq, böyük ehtimalla, bu il də Azərbaycan iqtisadiyyatında durğunluq olacaq. Buna səbəb neft hasilatının azaldılmasıdır. 

Üstəlik, qeyri-neft sektoruna dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin həcminin azalması və bank sektorundakı ağır vəziyyət də bura təsirsiz ötüşmür. Qeyri-neft sektorunun inkişafı zəif olaraq qalacaq. 

Belə ki, hökumət makroiqtisadi sabitliyi təmin etmək üçün sərt fiskal və monetar siyasətə üstünlük verməkdə davam edəcək.

Bununla yanaşı, 2017-2019-cu illərdə ölkənin fiskal mövqeyi ciddi şəkildə yaxşılaşacaq”, - deyə sənəddə qeyd edilib.

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024