Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (30-03-2017, 14:10)
Deputat: Azərbaycan iqtisadiyyatına ən böyük ziyanı banklar vurub

VAHİD
 
“Cənab prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan iqtisadiyyatına ən böyük ziyanı banklar vurub. “Banklar haqqında” qanuna dəyişikliklər bütövlükdə müsbət qiymətləndirilə bilər. Amma bəzi məsələlər var ki, müəyyən suallar yaradır”.
Mediatv.az xəbər verir ki, bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Banklar haqqında” qanunlara, eləcə də Mülki, İnzibati Prosessual, Mülki Prossessual Məcəllələrinə dəyişikliklərlə bağlı qanun layihələrinin müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov deyib. “Azərbaycanda Auditorlar Palatası var. İstənilən vaxt banklar tərəfindən Auditorlar Palatasının mütəxəssisləri audit aparılması üçün dəvət oluna bilər. Amma qanuna dəyişikliklərdə banklarda audit komitələrinin yaradılması ilə bağlı müddəa yaradılıb. Bu nə ilə bağlıdır?  Bundan başqa, dəyişikliklərdən birində göstərilir ki, məhkəmə Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarlarını ləğv edə bilməz.  Azərbaycanda məhkəmə yüksən instansiyaya malikdir. Amma bu dəyişiklikdən belə çıxır ki, Palata məhkəmədən də yüksən instansiyaya malik olacaq. Beləliklə, Palatanın statusu məhkəmənin statusundan çox olur. Fikrimcə, bu məsələyə aydınlıq gətirilməlidir. Dəyişikliklərdə banklara təyin olunan  müvəqqəti inzibatçıya 1 ilə qədər vaxt verilir. Bir il çox böyük nüddətdir. Niyə 1 il götürülüb? Həmçinin, “körpü banklar”ın yaradılması müəyyən qədər sual doğurur. Məgər körpü banklar yaradılmasa, bankları sağlamlaşdırmaq mümkün olmayacaq? “Banklar haqqında” qanunda sağlamlaşdırma ilə bağlı konkret müddəalar var. Buna nə ehtiyac var?”
V.Əhmədov hələ də bank sektorunda problemlərin tam həll edilmədiyini vurğulayıb. 
“Keçən il fevral ayında prezident İlham Əliyevin fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Milli Məclisin komitə və plenar iclaslarında Palatanın yaradılması ilə bağlı qanunlara dəyişiklik etdik. Bir ildir ki, Palata fəaliyyət göstərir. Palata işə başlayanda bankların diaqnostikasını həyata keçirdi. Keçən müddət ərzində 42  bankdan 10-a yaxın bank bağlandı. 10-a yaxın bankın bağlanması müəyyən problemlər yaratdı. Bankların bağlanması əmanətçilərə ödənişlərin verilməsi ilə bağlı problemlərin yaranmasına gətirib çıxartdı. Biz bankların bağlanmasının tərəfdarı deyilik. Bankların bağlanması Azərbaycan iqtisadiyyatına və insanlara ziyan vurur. Ötən müddət ərzində eşitmədim ki, bankların səhmdarları toplaşıb birləşməklə bağlı qərar qəbul etsin. Bankların bağlanmasındansa, birləşib fəaliyyət göstərməsi daha məqsədəuyğundur. Gəlin, 15-20 iri bank saxlayaq ki, bank sektorunda problem olmasın. Çox təəssüf olsun ki, bankların birləşdirilməsi ilə bağlı konkret iş görülmür. Əvəzində bankları bağlayırıq, insanlara deyirik ki, gedin problemlərinizi banklarla həll edin. Rüfət müəllim, sizə məktublar göndərmişik. Biz vətəndaşlardan minlərlər məktub almışıq. Mən ayrı-ayrı bank rəhbərləri ilə görüşmüşəm. Onlardan xahiş etmişəm ki, kredit borcu olan insanlarla bağlı razılğa gəlsinlər. Amma bu problem yenə qalmaqdadır.  Onsuz da bankların kimə məxus olduğunu bilirik. Sağlamlaşdırma həyata keçiriləndə bankları birləşdirmək mümkündür”, – deyə V.Əhmədov vurğulayıb.
Millət vəkili qeyd edib ki, ölkədə vaxtı keçmiş kreditlərin həcmi artaraq 1,5 mlrd. manata çatıb. O, problemli kreditlərin həcminin azalması ilə bağlı fikirlərlə razılaşmadığını qeyd edib: “Vaxtı keçmiş kreditlərin həcmi 1,5 milyard manata çatıb. İndi deyəcəksiz ki, müəyən qədər azalma var. Problemli kreditlərdə ona görə azalma var ki, bank sektoru faktiki kredit vermir. Banklar deyir ki, 65 yaşından yuxarı insan kredit götürə biməz. Bu, hansı qanunda yazılıb? Bəlkə onun 1000 manata ehtiyacı var?  Deyirlər ki,  Palatadan göstəriş var. Bundan başqa, əgər müştərinin məvacibi 300 manatdırsa, 600 manatdan artıq kredit verilmir. Niyə artıq məbləğdə kredit verilməməlidir ki? Bankların qeyri-qauni hərəkətləri var. Bank sistemindən kredit almaq sərbəst deyil. Kredit götürmək qeyri-mümkündür. Bank sektorunda problemlər var. Düzdür, xeyli işlər görülüb. Amma sistem faktiki dayanıb, faktiki işləmir. Manatla dolların məzənnəsində sabitləşmə gedir. Çünki, pul qıtlığı yaratmısız. Ölkədə kredit verilmədiyindən real sektor inkişaf etmir. Biz bunun əziyyətini 2-3 aydan sonra görəcəyik. Bank sektoru bizim ən ağrılı yerimizdir. Bizim iradlarımız həddən artıq böyükdür. Baxın, məhkəmələrdə bizim insanlar nə qədər əziyyət çəkir. İnsanlar məhkəmələrin qapılarında dayanır. Bu prosesi axıra çatıdrmaq lazımdır. Pulu xısıb saxlamaqla real sektor, qeyri-neft sektorunu inkişaf etdirmək mümkün deyil”.
Millət vəkili İlham Əliyev də bankların fəaliyyətindən narazılığlını ifadə edib. Onun sözlərinə görə, banklar insanları şirnikləndirib müqavilə imzaladırlar və sonradan böyük problemlər yaranır: “Banklar müqavilələri dəyişdirməyib. Hazırda standart müqavilələrdən istifadə olunur”.
R.Aslanlı isə öz növbəsində bildirib ki, yüksək gəlirlilik
Çox ciddi gəlirlik var idi. Izafi likvidlik var idi. Məsuliyyətsiz borclanma var idi.
шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024