Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (29-03-2017, 17:46)
Onlarla bank əməkdaşı işsiz qala bilər… – “Körpü banklar”la bağlı deputatdan açıqlama

 

1490785808_ishsizf
Sabah Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “körpü banklar”ın yaradılması məsələsi müzakirə ediləcək.
Mediatv.az:  Bu barədə BakiPost.az-a komitənin üzvü, deputat Vahid Əhmədov məlumat verib.
O bildirib ki, sabah komitə iclasında bu məsələ ilə bağlı qərar verilə bilər: “”Bank haqqında” qanuna müvafiq dəyişikliklər ediblər. Bu qərar müəyyən problemləri, bağlanmaq ehtimalı olan, kapital ehtiyatı olmayan və digər problemləri olan banklar üçün nəzərdə tutulub. O bankların sağlamlaşdırılması üçün aparılan əməliyyatlar nəticə vermirsə, o zaman banklarda xüsusi inzibatçı kadrlar  təyin edirlər. Yəni əvvəlki kadrları kənarlaşdırırlar. Ondan sonra həmin banklarda bu işlər aparılır. Bankların sağlamlaşdırılması əməliyyatları həyata keçirilməyə başlanılır. Onlar üçün də “körpü banklar” yaradılır”.
Vahid Əhmədov qeyd edib ki, bu, beynəlxalq aləmdə olan təcrübədir: “”Körpü banklar” faktiki müəyyən vaxta kimi fəaliyyət göstərir. Yeni bir investor və ya sahibkar çıxana kimi, hansısa inkişaf etmiş bank onu istəyənə kimi işləyəcək. “Körpü banklar” yalnız məhz bu aralıqda fəaliyyət göstərəcək. Yəni müəyyən qısa müddət üçün mövcud olacaq. Bir investor həmin bankı alanda isə öz fəaliyyətini dayandıracaq.
Ümumiyyətlə, bu, beynəlxaq təcrübədə, Avropada da tətbiq olunur. Bizimkilər də bunu götürüb tətbiq edirlər”.
Qeyd edək ki, Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) “körpü banklar” yaratmaq səlahiyyətinin verilməsi nəzərdə tutulur.
İnzibati Prosessual və Mülki Prosessual məcəllələrə dəyişikliklər gələcəkdə “Bank haqqında” qanuna müvafiq dəyişikliklər etməyə zəmin hazırlamaq üçün təqdim edilib və qanun layihələrində “körpü bank”ların yaradılmasını nəzərdə tutan qətnamə anlayışı əksini tapıb.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024