Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (25-01-2017, 13:36)
Manatı təkrar devalvasiya gözləyir - EKSPERT

ekrem

 

Mediatv.az:  Azərbaycanda ABŞ dollarının məzənnəsinin  sürətlə artması prosesi  artıq üzən məzənnə sisteminə də sığmır. 2017-ci ilin elə ilk günlərindən  dolların kursunun üzüyuxarı  qalxması insanlarda həyəcan hissini daha da artırıb. Həyəcanlanmağa əsas da var. Artıq kursun yüksəməsi dükan-bazarlardakı qiymətlərdən də yan keçməyib.  Belə ki, qiymətlər hazırda az qala hər gün 1 qəpik artım sistemiylə dəyişməkdə davam edir. Ölkənin iqdisadiyyatı haqqında proqnozlar verən ekspertlər isə iddia edirlər ki, ABŞ dollarının bahalaşmasının bir neçə səbəbi var. Belə ki, bunlardan biri Azərbaycanın idxal mallarına olan tələbatının yüksək olmasıdır.  Hazırkı iqtisadi şəraitdə Azərbaycanın ildə 5 milyard  ABŞ dollarından çox  idxal mallarına ehtiyac var.  Neft gəlirlərinin yüksək olduğu illərdə idxalın real həcmi hətta 10 milyard  dolları üstələsə də,  baş verən devalvasiyalar idxalın həcmini kifayətqədər əhəmiyyətli şəkildə azaldıb.

Dollara tələbatı artıran daha bir amil,  ümumiyyətlə,  əhalinin son aylarda məzənnənin yüksəlməsi səbəbindən dollara marağının  artmasıdır. Qeyd edək ki, bu günlərdə Mərkəzi Bankın keçirdiyi hərracda dollar 1,86 AZN-ə satılıb. Bu da onu göstərir ki, manat dolların qarşısında dəyərini itirə-itirə “üzür”.

Gununsesi.info-ya   mövzunu şərh edən ekspertlərin fikrincə isə  bu ilin sonuna kimi yerli valyutanın rekord devalvasiyası 2  AZN, yaxid  3AZN civarında gəzə bilər. EkspertƏkrəm Həsənov mövzunu şərh edərkən bildirib ki,  milli valyutanın  ucuzlaşmaqda davam etməsi qaçılmazdır.

Ə.Həsənov hesab edir ki,  milli valyutanın get-gedə ucuzlaşmasıyla bağlı proqnozu bank məsalələri üzrə ekspertlər thələ 2016-cı ildə veriblər: “Bu dəyərdəndüşmə valyuta gəlirlərimizin və neft hasilatımızın azalması ilə bağlıdır. Eləcə də, ölkə iqtisadiyyatında baş verən iqtisadi böhranını da təsiri var. Azərbaycana dollar az gəlir və az olan , az tapılan defisitin isə  də qiyməti qalxmalıdır. Bu səbəbdən də ölkənin valyuta ehtiyatlarında qıtlıq yaranıb. Ehtimalsız  məsələdir ki, yaxın aylarda 1dollar 2 AZN-i keçəcək. Mən hələ Mərkəzi Bankın müəyyən etdiyi kursdan danışıram. Həmin məzənnə ilə banklardan valyuta almaq mümkün belə  deyil. Bankların satış məzənnələri qat-qat çoxdur. Yəni satış 1.90 AZN-i çoxdan keçib. 2017-ci ilin sonuna kimi ən yaxşı halda 1 dolların 3 AZN civarında olmasını gözləyirəm. Neft Fondu bu il Mərkəzi Banka makroiqtisadiyyatda sabitliyi təmin etmək üçün 7 milyard 500 milyon həcmində pul ayrılıb. İstənilən halda bu pul cəlb edilsə də, manatı təkrar devalvasiya gözləyir. Devalvasiyanın da baş verməsi bahalaşmaya səbəb olacaq. Bahalşama isə Azərbaycanın əksər məhsulları özünün istehsal etməməsinin, dollarla xaricdən almasının nəticəsidir. Həm əhalinin, həm də sahibkarların külli miqdarda xarici valyutalarla borcları var. Təbii ki, dolların məzənnəsi artdıqca onların bu borcu qaytarma ehtimalı da azalır”-, deyə o bildirib

natiq

İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki,  milli valyutanın dəyərini itirməsinin qarşısını qısa zamanda almaq üçün  sehirli çubuq möbcud deyil: “Sadəcə, o ola bilər ki, neftin qiyməti 80-90  ABŞ dolları həcmində qalxsın. Yalnız o zaman  manatın dəyərdən  düşməsinin sürəti azala bilər. Yəni neft faktoru ixracatın artırılması, investorların ölkəyə gətirilməsi kimi məsələlərlə bağlı  tədbirlər görülməsə, hələ uzun müddət belə vəziyyətin olması qaçınılmazdır. Yeganə çıxış yolu ixracatın həm həcmini, həm də çeşidliliyinin sayını  artırmaq, xarici investorlar üçün də cəlbedici şərtlər irəli sürmək lazımdır. Onlar öz valyutalarını gəldikləri ölkəyə yatırırlar ki, bu da ölkədə milli valyutanın, manatın dəstəklənməsinə səbəb olacaq. Çox qısa vaxtda dəyişikliyin olması gözlənilən deyil, çünki neftin qiymətinin daha da enməsi müşahidə oluna bilər. Ona görə də 2017-ci ildə də manatın dəyərdən düşməsi müşahidə olunacaq”.

zakir

Banklar Assosasiyasının sədri  Zakir Nuriyev isə bildirib ki, manatın üzən məzənnə rejiminə keçdiyindən baş verənlərinormal sayılmalıdır: “Manatın gələcək taleyi haqqında  onu deyə bilərəm ki, milli valyutamız üzən məzənnə altında öz kursunun artması və azalması şərtiylə üzməkdə davam edəcək”.

Qeyd edək ki, milli valyutamız olan manat ilk dəfə  2015-ci il fevralin 21-də devalvasiyaya uğradı. AZN dollar qarşısında 1,05 qədər  ucuzlaşdı. Elə həmin ilin  dekabrın 21-də isə yenidən 1,50 AZN civarında müəyyənləşdi. ABŞ-ın valyutası ölkəmizdə hələki hakimi-mütləqlik etməkdə qərarlıdır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024