Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (19-01-2017, 16:46)
“Pul siyasətinin sərtləşdirilməsinə artıq başlanıb” – Aftandil Babayevdən xəbərdarlıq

aftandil-babayev-2

 

"Pul siyasətinin sərtləşdirilməsinə artıq başlanıb və bu siyasət il ərzində davam etdiriləcək".

Mediatv.az xəbər verir ki, bunu  Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini Aftandil Babayev bildirib.

"Məzənnənin tam liberallaşması rejiminə keçidlə bağlı biz pul siyasətinin əsas hədəfi olaraq növbəli şəkildə pul bazasının həcmini seçmişik. 2017-ci ilin pul siyasətinin əsas istiqamətləri bəyanatına fikir versəniz görərsiniz ki, artıq pul bazasının həcmini hədəfləyirik. Həm məzənnənin liberallaşması, həm də pul bazasının hədəflənməsi gələcəkdə orta müddətli dövrdə inflyasiyanın hədəflənməsi rejiminə keçidə hazırlıqdır. Maliyyə Sabitliyi Şurası üzvlərinin də iştirakı ilə xüsusi pul proqramı qəbul olunub.

Sərtlik ondan ibarətdir ki, xüsusi pul proqramı bütün emissiya kanallarını nəzarətə götürür, yəni optimal səviyyədə olur. İkinci istiqamət isə faiz siyasətidir ki, bu da kifayət qədər sərtləşib. 2016-cı ildə uçot dərəcəsi 15%-ə qədər artırılıb. Şərait tələb edərsə, bu alətdən (uçot dərəcəsindən – red.) də istifadə olunacaq. Yəni pul siyasətinin sərtləşdirilməsi pul bazasının pul proqramı əsasında nəzarətə götürülməsidir", – deyə A. Babayev bildirib.

"APA-Economics"in bank sektorundan əldə etdiyi məlumata görə, kommersiya bankları gündəlik əsasda tənzimləyicini pul qalıqları barədə məlumatlandıracaq. AMB isə bu məlumatlar əsasında müvafiq qiymətləndirmələr aparacaq.

APA

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024