Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (17-01-2017, 16:47)
SOCAR 1.2 milyon manat daxili borc ödəyib

2016-02-12-20-27-00socar

“SOCAR İstiqrazlarının sahiblərinə ümumilikdə 1 milyon 250 min ABŞ dolları həcmində faiz ödənilib. Bu vəsait artıq istiqraz sahiblərinin bank hesablarına köçürülüb və vətəndaşlar bu pulları istədikləri kimi istifadə edə bilərlər”.

Mediatv.az xəbər verir ki, bunu  «SOCAR Capital» şirkəti Müşahidə Şurasının sədri, SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, istiqrazların buraxılması və təkrar bazarda tədavülü SOCAR-ın maliyyə mənbələrini şaxələndirməklə yanaşı, ölkə vətəndaşlarının vəsaitlərinin daha səmərəli istifadəsinə və Azərbaycanın qiymətli kağızlar bazarının inkişafına ciddi dəstək olub:

«SOCAR İstiqrazlarının buraxılması ilə əhalinin yığımlarının iqtisadi proseslərə cəlb olunması və istifadəsiz vəsaitlərin öz sahiblərinə fayda gətirməsi üçün əlverişli imkan yaradılıb.Nəticədə istiqrazlara yatırılan vəsaitlər bu gün öz sahiblərinə ilk gəlirlərini gətirib».

SOCAR-ın qiymətli kağızlarının emissiyası üzrə baş məsləhətçisi Əli Ağaoğlu isə qeyd edib  ki, hazırda SOCAR İstiqrazları üzrə investorlara təklif olunan şərtlər nəinki Azərbaycanda, hətta bütün regionda ən əlverişli şərtlər sayıla bilər: «SOCAR bəyan edib ki, istiqraz sahiblərindən bu kağızları istənilən vaxt nominal qiymətə, yəni 1000 dollara almağa hazırdır.Bu şərtlər investorlar üçün 100%-lik zəmanət deməkdir və indiyədək heç bir istiqraz buraxılışında belə bir zəmanət tətbiq olunmayıb».

Konfransda bildirilib ki, məhz belə əlverişli şərtlərinə görə SOCAR İstiqrazlarının ilkin buraxılışı zamanı investorlar tərəfindən 200 milyon dollardan artıq tələb qeydə alınıb ki, du ba istiqrazların ümumi həcmindən iki dəfə artıqdır. SOCAR İstiqrazlarının təkrar bazarı da həddən artıq aktiv olub. Bu kağızların dövriyyəyə buraxılmasından keçən 3 ay ərzində təkrar bazarda istiqrazlar üzrə təxminən 40 milyon dollarlıq əməliyyat aparılıb. Təkrar bazarda istiqrazlara fiziki şəxslərin marağı xüsusilə böyükdür, həmçinin bazarda istiqrazları Azərbaycan vətəndaşları ilə yanaşı, xarici vətənaşlar da alırlar. Bu sahədə Gürcüstan, Türkiyə və Rusiya vətəndaşları daha fəaldırlar.

Xatırladaq ki, SOCAR-ın daxili bazar üçün nəzərdə tutulmuş İstiqrazları 2016-cı ilin sentyabr ayında buraxılıb. İstiqrazlar 100 milyon dollar həcmində, 5 il müddətinə və illik 5% gəlirliliklə emissiya edilmişdir. İlkin olaraq abunə yazılışı yolu ilə satılan istiqrazlara investorlar tərəfindən tələbat 2 dəfədən artıq olub. Oktyabr ayının 17-dən isə SOCAR İstiqrazlarının təkrar bazarda dövriyyəsinə başlanılıb. Faiz ödənişləri ildə 4 dəfə həyata keçiriləcək.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024