Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (6-01-2017, 19:14)
Ekspert: “Bankın borca görə zəngindən qorxmayın, bu qanun pozuntusudur”

ekrem-1

 

"Borclu vətəndaşın intihar həddinə çatdırılmasında kredit verənin və dövlətin günahı daha böyükdür".

Mediatv.az xəbər verir ki, bunu Sherg.az-a Sabunçu rayonu, Bakıxanov qəsəbəsində aldığı fotoaparatın kreditini ödəyə bilməyən fotoqrafın intiharından danışarkən, hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, banklar vətəndaşa borcu milli valyuta vasitəsi ilə deyil, dollarla verir, üstəlik heç bir güzəşt etmirlər: "Şəxsin maddi imkanının düzgün qiymətləndirilməməsi də sonradan problemi artırır. Məsələdə dövlətin də günahı danılmazdır. Ona görə ki, həmin kredit verən müəssisələrə vaxtilə müdaxilə edilməyib və düzgün tənzimləmə həyata keçirilməyib. Nəzarət sisteminin zəifliyi özbaşınalığı artırıb.

Digər tərəfdən sözsüz ki, öz maddi durumlarına uyğun hərəkət etməyən, başqa sözlə desək, ayaqlarını yorğanlarına görə uzatmayan vətəndaşların özünün də günahı var. Lakin belə məsuliyyətsizlikləri bütün vətəndaşlara aid etmək düzgün deyil. Çünki bəzi şəxslər var ki, krediti götürəndə işi, aylıq əməkhaqqısı var idi, ödəyə biləcəyindən əminliyi, milli valyutaya etimadı yüksək idi. Təbii ki, heç kim dolların birdən-birə bu həddə bahalaşacağını, devalvasiyaların olacağını düşünməzdi. Vətəndaşların burada günahı azdır. İndiki vəziyyətdə isə hər üç tərəfin günahı var ki, vətəndaşa kredit verən qanunvericilikdə nəzərdə tutulan qaydada güzəşt etmir".

Ekspert diqqətə çatdırıb ki, banklar əksər kreditləri öz yaxınlarına, əlaqə yaratdıqları şirkətlərə və müəyyən mənada rüşvət aldıqları şəxslərə veriblər:"Kredit faizlərinin başqalarına yüksək faizlə müəyyən edilməsinin səbəbi də bankların öz adamlarına aşağı faizlə kredit verməsidir".

Ə. Həsənov kredit verənlərin vətəndaşa və onların yaxınlarına zəng edərək tez-tez narahat etməsindən də danışıb. Ekspert bildirib ki, onların borcluları pis vəziyyətə salmağa ixtiyarı yoxdur: "Kredit götürən şəxslərə banklar zəng etmir, onlar üçün işləyən kollektorlar bunu həyata keçirir. Rusiyada konkret olaraq kollektorların fəaliyyətinə məhdudiyyətlər qoyulub və onlar kredit götürən əhalini narahat edə bilmir. Lakin bizdə hələ də bu məsələnin nizamlanmamağı vətəndaşları ağır vəziyyətə salır. İnkişaf etmiş ölkələrdə vətəndaşların özlərini müflis elan etmələri haqqında qanun var ki, bununla kreditlərini ödəyə bilməyənlərin borcları silinir. Bizim vətəndaşlar isə başlıca olaraq, hüquqlarını öyrənmək istəmirlər. Borca görə bank şəxsə zəng edib narahat edirsə, vətəndaşlar o dəqiqə qorxurlar. Lakin hər kəs bilməlidir ki, bankların bu addımı qanun pozuntusudur”.

Bank mütəxəsisi onu da əlavə edib ki, banklar tərəfindən təzyiqlərə məruz qalan zərərçəkmiş vətəndaşlar birləşməlidirlər: "Yenə Rusiyadan nümunə gətirmək istəyirəm ki, belə hallarda vətəndaşlar birləşərək, kütləvi şəkildə banklara iddia irəli sürürlər və banklar da məcbur olub güzəşt edirlər. Bizim vətəndaşlar belə hallarda ya qorxaraq, sonu bu cür intiharla nəticələnən formada addım atır, ya da ki, ciddi formada mitinqə, etirazlara qalxır. Bunlar hamısı qanunları öyrənməməkdən irəli gəlir. Vətəndaş krediti ödəyə bilmədikdə problemi məhkəmədə həll edə bilər, əgər hüquqlarını bilərsə”.

Qeyd edək ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində aldığı fotoaparatın kreditini ödəyə bilməyən qəsəbə sakini, 27 yaşlı Müslümov Natiq Tahir oğlu yaşadığı evin həyətində özünü asıb.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024