Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (22-12-2016, 19:17)
Hökumət maaşları vermək üçün 500 milyon borc alır

samir-serifov1Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı (AİB) respublikann iqtisadi inkişafına dəstək məqsədilə  500 mln. məbləğində kredit sazişi imzalayıb.

Mediatv.az:  Bu barədə bankın Bakı ofisindən məlumat verilib.

“Kredit sazişini maliyyə naziri Samir Şərifov və AİB-in Bakı nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov imzalayıblar”, – deyə bankın nümayəndəsi bildirib.

Qeyd edək ki, AİB dekabrın 7-də Azərbaycana  500 mln. dolla məbləğində kreditin ayrılmasını təsdiqləyib. Bu kredit Azərbaycanda sosial xərclərə yönəldiləcək, yeni iş yerlərinin açılması və neftin ucuzlaşmasının mənfi təsirlərinin yumşaldılması üçün iqtisadiyyatın diversifikasiyasına xərclənəcək.

Vəsait AİB ölkələrinə dəstək üzrə antiböhran proqramı (Countercyclical Support Facility, CSF) çərçivəsində ayrılıb.

Azərbaycan hökuməti kredit vəsaitini  1,4 mlrd. Dollar dəyərində qiymətləndirilən antiböhran tədbirlər paketinin reallaşdırılmasına yönəltməyi planlaşdırır. Antiböhran planına büdcədən maliyyələşən təşkilatlarda işçilərin əməkhaqqının, pensiya və sosial yardımın məbləğinin artırılması, əhalinin həssas təbəqəsinə dəstək göstərilməsi daxildir. Plan 3,7 mln. nəfəri və ya respublika əhalisinin 1/3 hissəsini əhatə edəcək.

AİB vurğulayır ki, son iki ildə neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatı üçün çətinliklər yaradıb. Bankın qiymətləndirmələrinə görə, neft və qazın satışından əldə olunan gəlir ÜDM-in 30%-ni, dövlət büdcəsi gəlirlərinin 60%-ni, ixracdan əldə olunan gəlirlərin 90%-dən çox hissəsini formalaşdırır. Belə vəziyyət iqtisadiyyatda resessiyaya, manatın devalvasiyasına, əhalinin real gəlirlərinin azalmasına səbəb olub.

AİB, həmçinin islahatların hazırlanmasına dəstək məqsədilə Azərbaycana  1,2 mln. Dollar məbləğində texniki yardım göstərir. (İnterfaks-Azərbaycan)

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024