Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (14-12-2016, 15:33)
Büdcəsinin icrasında 962 milyonluq kəsir yaranıb

Büdcəsinin icrasında 962 milyonluq kəsir yaranıb

2016-cı ilin yanvar-noyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 54 mlrd. 433,1 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,9% az ümumi daxili məhsul istehsal edilib.

 

Mediatv.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 27,9% azalması olub. Əlavə dəyərin 37,5%-i sənayedə, 10,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,3%-i tikinti, 6,7%-i nəqliyyat və anbar təsərrüfatı, 5,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə, 17,6%-i isə digər sahələrdə istehsal edilib. 

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,5%-ini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 5649,9 manata bərabər olub. Bundan başqa ötən ay milli valyutamızın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,69 manata (ilin əvvəlindən 1,58 manata), 1 avroya - 1,83 manata (1,76), 100 Rusiya rubluna - 2,63 manata (2,35) bərabər olub.

Eyni zamanda Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2016-cı ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 12 mlrd. 965,5 mln. manat vəsait daxil olub. Büdcədən 13 mlrd. 927,4 mln. manat vəsait xərclənib, büdcənin icrasında yaranmış 961,9 mln. manatlıq kəsir ümumi daxili məhsulun 1,8%-i səviyyəsində olub.

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024