Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (13-11-2016, 22:16)
İlin sonunda 1 dollar 1.90 manatdan baha satıla bilər

Ötən oktyabr ayının 17 və 18-də 1 ABŞ dolları 1.5969 manat səviyyəsinədək düşmüşdü. Aradakı 25 gün ərzində dollar 0.09 manat və ya 5,6% bahalaşaraq bu gün 1.6869 manata qalxıb. Artıq bir çoxları dolların belə bir sürətlə qalxmasından narahatlıq keçirir.

Mediatv.az xəbər verir ki, əgər Mərkəzi Bankın müdaxiləsi olmasa və dolların bahalaşması son 25 gündəki sürətlə davam edərsə, ilin sonunda 1 dollar 1.87-1.88 aralığındakı səviyyələrədək qalxa bilər.

Dolların bahalaşmasının sürəti bir az aşağı olarsa belə, 1 dollar 1,8 manat səviyyəsinin üzərinə qalxa bilər. Bu ssenarilər reallaşarsa, banklar 1 dolları 1 manat 90 qəpikdən baha satacaqlar.

Əgər Mərkəzi Bank və Neft Fondu birlikdə valyuta hərracında böyük məbləğdə valyuta satarlarsa, dolların bahalaşması səngiyə və ya düşə bilər.

Məsələ burasındadır ki, Mərkəzi Bank ehtiyatlarını maksimum qoruyub saxlamaq istəyir. 31.10.2016-cı il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 4 milyard 5,5 milyon dollar təşkil edib.

Dövlət Neft Fondu isə bildirib ki, Fond manata ehtiyacı olduqca dollar sata bilər.

Dolların məzənnəsinin qalxması Mərkəzi Banka və Neft Fonduna ehtiyatlarını az da olsa qorumağa kömək edir. Məzənnə yüksəldikcə, tələb olunan manat vəsaiti üçün daha az dollar satılır.(Marja)

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024