Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (19-09-2016, 20:41)
Sabah dövlət əmlakları satılacaq - SİYAHI + QİYMƏTLƏR

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) sentyabrın 20-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti açıq hərrac keçirəcək. 

Mediatv.az xəbər verir ki, komitədən Fins.az-a verilən məlumata görə, hərracda 32 kiçik müəssisə və obyekt, 25 səhmdar cəmiyyətin səhm paketi və 16 avtomobil satılacaq.

Hərraca çıxarılan kiçik müəssisələr Bakıda və ölkənin digər şəhər rayonlarında yerləşən ərzaq, geyim, inşaat mağazaları, kafe, çayxana, pavilyon, bərbər və dərzi sexləridir. 

Müəssisələr çox sərfəli qiymətlərlə satışa çıxarılacaq. Belə ki, 32 müəssisənin 13-nün ilkin satış qiyməti 10 min manatdan aşağıdır. Bəzi obyektlərin satış qiymətləri isə hətta 2500-3000 manat arasındadır. Hərçənd hərrac zamanı təkliflərdən asılı olaraq, bu qiymətlər arta bilər.

Hərraca çıxarılan səhmdar cəmiyyətlər isə tikinti, istehsal, quşçuluq, pambıqçılıq, tikinti materiallarının istehsalı, nəqliyyat, kənd təsərrüfatı, kimya və digər sahələrdə fəaliyyət göstərir.

Hərraclar ƏMDK-nin İnformasiya Texnologiyaları Mərkəzində (Heydər Əliyev pr. 139A, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yanı) keçiriləcək. Hərracda həm satışlarda iştirak etmək istəyənlər, həm də istənilən adi vətəndaş iştirak edərək hərracın gedişini izləyə bilər.

Hərraca çıxarılan əmlaklar barədə məlumatlar, o cümlədən onların qiymətləri və şəkilləri ilə ƏMDK-nin yeni yaradılmış Özəlləşdirmə Portalında tanış olmaq mümkündür.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024