Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (14-05-2016, 15:12)
Banklar nağd xarici valyuta satışını kəskin azaltdı

 

2016-cı ilin yanvar-mart aylarında banklar tərəfindən ABŞ dolları ilə satılan xalis nağd valyuta ötən ilin eyni dövrü ilə müqayisədə 55 dəfə azalaraq 79 milyon ABŞ dolları, avro ilə əməliyyatlar isə 3.5 dəfə azalaraq 69 milyon avro təşkil edib.

Mediatv.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının pul siyasəti icmalında deyilir.

İcmalda deyilir ki, nağd xarici valyutaya tələbin azalması şəraitində rüb ərzində banklar tərəfindən gətirilən nağd ABŞ dolları ötən ilin müvafiq dövrünə nəzərən 6.2 dəfə azalıb.

Bu ilin yanvar-mart aylarında valyuta bazarında əməliyyatların 82%-i ABŞ dollarında, 18%-i digər valyutalarda aparılıb.

2016-cı ilin I rübü ərzində valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb. Belə ki, hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 2.8 dəfə, avro ilə əməliyyatların həcmi isə 2.7 dəfə azalıb.

İcmalda bildirilir ki, hesabat dövrü ərzində valyuta bazarının həcminin azalması həm tələb, həm də təklif amilləri ilə əlaqədar olub. Xarici valyutaya tələbin azalmasının əsas amillərindən biri mal və xidmət idxalının azalması olub. Bundan başqa, ötən dövr ərzində müşahidə olunan dollarlaşma prosesinin səngiməsi də xarici valyutaya tələbin azalmasında rol oynayıb.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024