Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (17-11-2015, 20:13)
10 ayda vergilərdən büdcəyə 6 milyard daxil olub

10 ayda vergilərdən büdcəyə 6 milyard daxil olub

 

2015-ci ilin 10 ayı ərzində Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 5 milyard 970 milyon 247,0 manat vəsaitin toplanması təmin edilməklə müəyyən edilmiş proqnoza 100,1 faiz əməl edilib.

“Mediatv.az” xəbər verir ki, bunu vergilər nazirinin 1-ci müavini Natiq Əmirov noyabrın 17-də Vergilər Nazirliyində 2015-ci ilin oktyabr ayının 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin iclasında verilmiş tapşırıqların icra vəziyyəti və cari ilin 10 ayı ərzində vergi orqanları tərəfindən görülmüş işlərlə bağlı mətbuat konfransında səsləndirilib. Oktyabr ayında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 899 milyon 971 min manatdan artıq vəsait daxil olub.

Ölkə başçısının Nazirlər Kabinetinin son iclasındakı çıxışı və orada verilmiş tapşırıqlara uyğun olaraq, Vergilər Nazirliyinin Kollegiyasının qərarı ilə, illik dövriyyəsi 120 min manatdan aşağı olan sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin keçirilməsi (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) dayandırılıb. Vergi ödəyicilərinə göstərilən xidmətlərin səmərəliliyinin artırılması, kiçik və orta sahibkarlara göstərilən ünvanlı xidmətlərin genişləndirilməsi, regionlarda çalışan sahibkarlara vergi öhdəliklərinin yerinə yetirilməsində hüquqi, texniki və əməli göstərilməsi, tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi, keçirilmiş səyyar vergi yoxlamaları və operativ nəzarət tədbirlərinin nəticələri üzrə aktların təhlil edilməsi, əsassız və nəticəsi olmayan yoxlamalarla bağlı müvafiq araşdırmaların aparılması və bu sahədə nöqsanlara yol vermiş vergi orqanı əməkdaşlarının məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024