Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (12-11-2015, 15:12)
Bu il valyuta bazarında əməliyyatların 91 faizi dollarla olub

 

2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda valyuta bazarında əməliyyatların 91%-i ABŞ dollarında, qalan 9%-i isə digər valyutalarda aparılıb.

 

Mediatv.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti hesabatında deyilir.

Hesabatda bildirilir ki, 2014-cü ilin sonlarından başlayaraq dünya neft bazarında qiymətlərin kəskin düşməsi və ölkəmizin əsas ticarət tərəfdaşlarında devalvasiya dalğaları daxili valyuta bazarında xarici valyutaya, xüsusilə ABŞ dollarına tələbin artması ilə müşayiət olunub.

2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ABŞ dolları ilə əməliyyatların həcmi 1.8 dəfə, avro ilə əməliyyatların həcmi isə 2.1 dəfə artıb.

Ümumlikdə isə 2015-ci ilin 9 ayında valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.8 dəfə artıb.

9 ay ərzində Azərbaycanın valyuta bazarında dolların dövriyyəsi 54,085 milyard dollar, avronun dövriyyəsi isə 5,040 milyard avro təşkil edib.

Cari ilin 9 ayında banklar tərəfindən əhaliyə ABŞ dolları ilə satılan xalis nağd xarici valyuta ötən ilin müvafiq dövrünə nəzərən 61.7% artıb.

Nağd xarici valyutaya tələbin artması əsasən I rübdə baş verib. Belə ki, 9 ayda xalis satılan ABŞ dollarının 63%-i, avronun isə 38%-i I rübdə satılıb.

Bunun nəticəsində cari ilin 6 ayında AMB dolların satışını, iyul-sentyabr aylarında isə alışını həyata keçirib.

Hesabat dövründə manatın real effektiv məzənnəsi (qeyri-neft ticarət çəkili) 15% ucuzlaşıb. Bu əsasən nominal effektiv məzənnənin 12.1% ucuzlaşması hesabına baş verib.

Real effektiv məzənnənin ucuzlaşması qeyri-neft sektorunun rəqabət qabiliyyətinə müsbət təsir edən, idxalı əvəzləyən və ixrac sahələrinin inkişafını stimullaşdıran amildir.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024