Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (15-05-2015, 09:32)
Mərkəzi Bank pul siyasətində dəyişiklik edir

Mərkəzi Bank pul siyasətində dəyişiklik edir

 

“Mərkəzi Bank pul siyasəti strategiyasını təkmilləşdirmək niyyətindədir”.

Publika.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının Pul Siyasəti Departamentinin direktoru Azər Ələsgərov deyib. O bildirib ki, qurum öz siyasətini tədricən inflyasiyanın hədəflənməsi rejiminə keçirməyi planlaşdırır. Artıq bu istiqamətdə ilk addımlar atılıb: “İnflyasiyanın hədəflənməsi rejiminə keçid çərçivəsində daha çevik məzənnə siyasətinə keçid nəzərdə tutulub. Maliyyə bazarlarının dərinləşdirilməsi bundan sonra da təşviq oluna bilər. Dollardan asılılıq rejimindən səbət rejiminə keçid edilməsi üzən məzənnə sisteminə keçid istiqamətində ilkin addım kimi dəyərləndirə bilər.

AMB rəsmisinin sözlərinə görə, il ərzində Azərbaycanın valyuta bazarında ABŞ dolları üzrə dövriyyə 2,3 dəfə, avro ilə əməliyyatların həcmi isə 2,4 dəfə artıb. Belə ki, əgər 2014-cü ilin I rübündə valyuta bazarında ABŞ dolları ilə əməliyyatların həcmi 7 789 mln. ABŞ dolları olubsa, 2015-ci ilin eyni dövründə bu göstərici 18 341 mln. ABŞ dollarına yüksəlib.

Ötən ilin yanvar-mart aylarında valyuta bazarında avro ilə əməliyyatların həcmi 612 mln. avro olubsa, 2015-ci ilin eyni dövründə bu göstərici artaraq 1491 mln. avro təşkil edib.

O qeyd edib ki, müqayisə olunan dövrdə bank şöbələri tərəfindən əhaliyə satılan nağd valyutanın həcmi 2,1 dəfə artıb. 2014-cü ilin I rübündə ölkədəki bank şöbələri 1743,5 mln. ABŞ dolları məbləğində dollar, 447,5 mln. ABŞ dolları məbləğində avro satıb. 2015-cü ilin I rübündə isə ölkədəki bank şöbələri 4332,4 mln. ABŞ dolları məbləğində dollar, 288,1 mln ABŞ dolları məbləğində avro satıb.

A.Ələsgərov deyib ki, ölkədəki valyuta bazarında ABŞ dolları və avro ilə əməliyyatların artmasının səbəbi  dünyada baş verən iqtisadi proseslərin həm birbaşa, həm də dolayı təsiri ilə bu ilin I rübündə Azərbaycanda valyuta bazarında xarici valyutaya tələbin kəskin şəkildə yüksəlməsidir.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024