Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (7-04-2015, 12:31)
Serbiya da Azərbaycan qazına çıxış əldə etmək istəyir

Serbiya Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsi (TANAP) vasitəsilə nəql olunacaq Azərbaycan qazına çıxış əldə etməyi planlaşdırır

 

APA-nın “Natural Gas Europe” nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə Serbiyanın dağ sənayesi və energetika naziri Aleksandr Antiç bildirib.
Nazirin sözlərinə görə, Serbiya hökuməti ölkəyə yeni mənbə və marşrutlardan qaz tədarükünü təmin edəcək bütün layihələrdə iştirak etmək niyyətindədir: “Əsas prioritet - Serbiya və Bolqarıstan arasındakı ikitərəfli qaz kəməridir. Biz artıq bolqarıstanlı həmkarlarımızla kəmərin ötürücülük qabiliyyəti barədə danışıqlar aparmışıq. Serbiya ən yaxın zaman ərzində layihənin maliyyələşdirilməsini təmin edəcək maliyyə mənbələrinin axtarışına başlaya bilər”.
Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP çərçivəsində qonşu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır. Başlanğıcda illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 mlrd. kubmetrə, sonra 31 mlrd. kubmetrə yüksəldilməsi nəzərdə tutulur.
1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.
TANAP $10-11 mlrd. dəyərində qiymətləndirilir.
Layihədə payçılar arasında səhmlər belə müəyyənləşdirilib: “Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%.
шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024