Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (5-04-2015, 20:15)
Azərbaycan-Rusiya əmtəə dövriyyəsində rekord- İlk dəfə

Azərbaycan-Rusiya əmtəə dövriyyəsində rekord- İlk dəfə

 

2014-cü ildə Azərbaycan və Rusiya arasındakı əmtəə dövriyyəsində ilk dəfə rekord göstərici qeydə alınıb. 

 

“Mediatv.az” xəbər verir ki, bu barədə Trend-ə Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Palatasının sədri Eldar Tlyabiçev bildirib.

Onun sözlərinə görə, 2014-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 4 milyard dolları bir qədər ötüb. 2013-cü ildə isə bu göstərici 3,5 milyard dollar həcmində olub.

E.Tlyabiçev qeyd edib ki, 2015-ci ildə Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsinin artırılması üçün hər hansı hədəf planka yoxdur, lakin dövriyyənin daha da artırılması və əməkdaşlığın yeni istiqamətlərinin öyrənilməsi məqsədləri var.

O deyib ki, bu il istər dövlət səviyyəsində, istərsə də birgə biznes müəssisələri çərçivəsində bir sıra müştərək tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Rusiya nümayəndəsinin sözlərinə görə, 2015-ci ilin ilk yarısında Rusiyada ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın 15-ci iclası keçiriləcək: “Bu, əməkdaşlığın bütün sahələrini əhatə edəcək mötəbər tədbir olacaq. Məhz hökumətlərarası komissiya çərçivəsində əməkdaşlığın perspektiv istiqamətləri müzakirə olunur və problemli məsələlər öz həllini tapır".

Həmçinin may ayında aqrar sənaye sərgisi çərçivəsində Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və İxrac Kreditləri və İnvestisiyaların Sığortalanması üzrə Dövlət Agentliyinin dəstəyi ilə Bakıya kənd təsərrüfatı texnikası və avadanlıqları üzrə rusiyalı istehsalçıların biznes missiyası gələcək. Sərgidə Stavropol diyarı ayrıca stendlə təmsil olunacaq.

O, qeyd edib ki, bundan başqa, hazırda bir sıra rəhbər şəxslərin və ayrı-ayrı biznes missiyaların səfərinə dair danışıqlar gedir: "Həmçinin bu ilin iyununda Peterburq Beynəlxalq iqtisadi forumunda Azərbaycan nümayəndə heyətini də görməyi ümid edirik".

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024