Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (14-01-2015, 21:23)
Aqrar sektorun inkişafı üçün əla şans

«Kənd təsərrüfatı ili» çərçivəsində atılacaq addımlar bu sahənin kompleks inkişafı üçün yeni imkanlar vəd edir

Xəbər verildiyi kimi, prezident İlham Əliyevin sərəncamı ilə 2015-ci il Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilib. Məqsəd kənd təsərrüfatının inkişafına təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını genişləndirməkdir. Sərəncama əsasən, Kənd Təsərrüfatı Nazirliyi Nazirlər Kabineti ilə birlikdə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.

Xatırladaq ki, hazırda aqar sektorda əmək qabiliyyətli əhalinin 42 faizi çalışır və bu sahə yalnız qeyri-neft ixrac qabiliyyətinin artırılması deyil, eyni zamanda, məşğulluğun təmin edilməsi baxımdan da əhəmiyyətlidir. 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi isə il ərzində bu sektorda çox mühüm tədbirlərin görülməsi üçün əla şans kimi dəyərləndirilir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov «Həftə içi»nə bildirir ki, ilk öncə subsidiyaların verilməsi şərtlərində dəyişiklik edilməlidir. Çünki indiki halda strateji məhsullar kimi yalnız taxıl və buğda yetişdirilməsindən ibarət olmamalıdır. Eyni zamanda, strateji məhsullara pambıq, ölkənin ərzaq təhlükəsizliyi ilə birbaşa bağlı olan digər məhsulların da aid edilməsi zəruridir. Bu baxımdan strateji məhsulların strukturunun dəyişdirilməsi olduqca vacibdir. Strateji məhsullara daxil edilən ərzaq növlərinin sayının artırılmasına ehtiyac var. Azərbaycanda tətbiq edilən meyar sadə olması ilə yanaşı, fermerlərin daha çox məhsul istehsalını stimullaşdırmır. Onun dediyinə görə, subsidiyaların verilməsi mexanizminin dəyişdirilməsi və subsidiyaların əkin sahələri üzrə hektarlara bölünməməsi lazımdır: “Daha çox məhsul istehsal edən fermer dövlətdən daha çox subsidiya almalıdır. Yəni faktiki olaraq subsidiyaların məbləği dəyişən olmaqla fermerlərin daha çox məhsul istehsal etməsini stimullaşdırmalıdır. Bu da təbii ki, subsidiyanın tətbiqi ilə bağlı meyarın dəyişdirilməsi və subsidiyanın hektarlar üzrə deyil, istehsal olunan məhsulun həcminə uyğun olaraq müəyyənləşdirilməsidir. Ümumilikdə subsidiyalar fermerləri daha çox məhsul istehsal etməyə təşviq etməlidir».

Mərkəz rəhbərinin qənaətincə, subsidiyaların müəyyənləşdirilməsi və verilməsi prosesində şəffaflığın gücləndirilməsinə ehtiyac var. Mövcud mexanizmlər bəzi hallarda vəsaitin fermerə çatmasına imkan vermir. Bu baxımdan, subsidiyaların müəyyənləşdirilməsi işinə və prosesin monitorinq edilməsinə vətəndaş cəmiyyəti qurumlarının cəlb edilməsi olduqca vacibdir. Vüqar Bayramov əlavə edir ki, məhsul istehsalının planlaşdırılması və proqnozlaşdırılması üçün təhlil və məsləhət xidmətinin həyata keçirilməsi vacibdir. Fermerlərə hansı məhsula daha çox tələb var və bazarlar üzrə bölüşdürülməsi necə həyata keçirilməsi barədə mütəmadi məlumatlar verilməlidir: «Əgər aqrar sektor əvvəlki kimi fərdi şəkildə istehsalatla məşğul olacaqsa, onun payı çoxalmayacaq. Burada mənfi tendensiya almış hallardan biri də odur ki, fermerlər məhsul istehsalını planlaşdıra bilmirlər. Bu il soğanın qiyməti yüksək olursa, gələn il soğan istehsal edirlər. Bolluq da ona gətirir ki, onların istehsal etdiyi soğan çürüyür. Yaxud da hansı məhsulun qiyməti aşağıdırsa, gələn il ondan istehsal etmirlər. Ona görə də fermerlər gələn illər üzrə tələbata uyğun planlaşdırma aparmalıdırlar. Fermerlərə ixrac subsidiyası verilməlidir. Dövlət ixrac qabiliyyətli sektorların dəstəklənməsi siyasətini həyata keçirməklə ölkə xarici ticarət göstəricilərini yaxşılaşdırır, ixracdan daha çox gəlir əldə edir. Bu zaman daha çox məhsul ixrac edən fermer təssərrüfatları dövlətdən subsidiya alaraq maliyyə imkanlarını genişləndirə bilirlər».

Təbriz Vəfalı

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024